03:08 Bazar Günü, 16 Iyun 2019
SİYASƏT

Matviyenko: "Rusiya-Azərbaycan əlaqələri qarşılıqlı hörmət və dostluq əsasında qurulub"

17:18, 12.04.20193983
Matviyenko:
Rusiya-Azərbaycan əlaqələri qarşılıqlı səmərəlidir, qarşılıqlı hörmət, dostluq və maraqlar əsasında qurulub.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

O xatırladıb ki, ötən ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya rəsmi səfər edib:

"Bu, ikitərəfli münasibətlərimizdə vacib hadisədir. Bu səfər zamanı əməkdaşlıq perspektivlərimiz 2024-cü ilədək artırmaq imkanı yaratmış 15 vacib sənəd imzalanıb. Rusiya-Azərbaycan əlaqələri qarşılıqlı səmərəlidir, qarşılıqlı hörmət, dostluq və maraqlar əsasında qurulub".

Azərbaycanla Rusiya arasında humanitar əməkdaşlığın inkişafı barədə danışan V.Matviyenko bildirib ki, bu sahədə münasibətlərin inkişafına böyük töhfəni Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu verir.
XƏBƏR LENTİ