01:26 çərşənbə, 19 Iyun 2019
Maqazin

'Mavi'lərin saytı səhvini düzəltdi: Bakıda gey-parad olmayacaq

00:50, 12.01.20127777
'Mavi'lərin saytı səhvini düzəltdi: Bakıda gey-parad olmayacaq

Xəbər verdiyimiz kimi, bu gün homoseksuallara məxsus “nighttours.com” saytında Bakıda "gey parad"  keçiriləcəyi haqda məlumat yayımlanmışdı. Saytda yerləşdirilən proqramda   22 -26 may tarixlərində Bakıda beynəlxalq "mavi" paradının keçiriləcəyi yazılmışdı. 

AZXEBER.COM-un məlumatına görə, bu gün axşam saatlarında bu məlumat saytdan yığışdırılıb. Belə ki, saytda qeyd edilib ki, may ayında dünyanın 18 ölkəsində gey parad keçiriləcək. Ancaq bu ölkələrin arasında Azərbaycan yoxdur. 

Qeyd edək ki, bu gün səhər saatlarında AZXEBER.COM portalında yayımlanan informasiya cəmiyyətdə birmənalı qarşılanmayıb. Azərbaycan İslam Demokrat partiyasının sədri Tahir Abbaslı portalımıza açıqlamasında bildirib ki, ölkədə gey-parad keçirilsə bu biabırçılıq olar. Görünən odur ki, cəmiyyətin narahatçılığından sonra sayta şikayətlər edilib və onlar elanı saytdan çıxarıblar. Bu  isə onu deməyə əsas verir ki, Bakıda "Eurovision" ərəfəsində gey parad olmayacaq. AZXEBER.COM hər iki fotonu təqdim edir. ƏVVƏL SONRA

XƏBƏR LENTİ