23:08 Cümə Axşamı, 18 Iyul 2019
Maqazin

Maykl Ceksonun məzarı ilə bağlı həqiqətlər üzə çıxdı

20:30, 25.06.20194434
Maykl Ceksonun məzarı ilə bağlı həqiqətlər üzə çıxdı

Bu gün Pop Kralı Maykl Ceksonun ölümündən 10 il ötür.

Bu yaxınlarda Ceksonun məzarı ilə bağlı həqiqətlər üzə çıxıb. Məlum olub ki, ailəsi Ceksonun ölümündən sonra da meyitinin qayğısına qalır və və cənazənin yerləşdirildiyi qızıl qapaqlı tabutun da üstünü betonlayıblar.

"The Mirror" qəzetinin xəbərinə əsasən, Cekson səhnə kostyumu, ağ əlcəkləri də daxil olmaqla musiqi həyatına damğa vuran əşyaları ilə birlikdə dəfn edilib. Ailə qızıl qapaqlı tabutu oğrulardan qorumaq üçün betonlayıb.

Ceksonun övladları isə "Ata, səni çox sevirik, sənin üçün çox darıxacağıq" yazılı kağızları tabuta yerləşdiriblər. Qeyd edilir ki, tabutun qiyməti 18 min dollardır və Pop kralına parik taxılıb və saçları çiyninə qədər uzanıb. Bir makiyaj ustası isə Ceksona makiyaj edib.

 

bundan başqa qəbirə sensorlu kameralar yerləşdirilib. İcazəsiz bir giriş və ya müdaxilə zamanı siqnal sistemi işə düşür.

 

ölkə.az

XƏBƏR LENTİ