06:42 Bazar Ertəsi, 22 Yanvar 2018
SOSİAL

“Medera” hospitalda 15 dəqiqəlik əməliyyata girən xəstə ehtiyyatsızlıqdan öldü - Həkimə cinayət işi açıldı

10:52, 18.12.201720468
“Medera” hospitalda 15 dəqiqəlik əməliyyata girən xəstə ehtiyyatsızlıqdan öldü - Həkimə cinayət işi açıldı

Bakıdakı özəl klinikalardan birində ölüm hadisəsi baş verib. 

 

AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu 8-ci mikrorayon ərazisində yerləşən "Medera” klinikasında 1977-ci il təvəllüdlü Hümbətov Anar Musa oğlu əməliyyat vaxtı ölüb. Sol çiyin nahiyəsindən əməliyyat olunan 40 yaşlı kişinin halı birdən-birə daha da pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

 

Yaxınlarının bildirdiyinə görə, A.Hümbətov yüngül əməliyyat zamanı həkim səhlənkarlığının qurbanı olub.

 

Ölüm faktı ilə bağlı Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

0
XƏBƏR LENTİ