21:56 Bazar Günü, 22 Aprel 2018
TOP4

"MedEra" Hospitaldan açıqlama: Zəhərlənib ölüb... Bizdə elə xəstə yoxdur

12:56, 18.12.20171215
Xəbər verdiyimiz kimi, Binəqədi rayonu 8-ci mikrorayon ərazisində yerləşən "MedEra” Hospitalda 1977-ci il təvəllüdlü Hümbətov Anar Musa oğlu əməliyyat vaxtı ölüb.
AZXEBER.COM xəbər verir ki, Lent.az-ın məlumatına görə, sol çiyin nahiyəsindən əməliyyat olunan 40 yaşlı kişinin halı birdən-birə daha da pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

Yaxınlarının bildirdiyinə görə, A.Hümbətov yüngül əməliyyat zamanı həkim səhlənkarlığının qurbanı olub.

Ölüm faktı ilə bağlı Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanıldığı və müvafiq ekspertizalar təyin edildiyi bildirilib.
 
"MedEra Hospital"ın direktoru Lalə Babayeva isə Qaynarinfo-ya açıqlamasında yazılanların yanlış olduğunu bildirib:

"Yanlış məlumatdır. Siz 6-cı günləri də bir xəbər oxuyun. Orada yazılıb ki, konservləşdirilmiş turşudan zəhərlənərək ölüb, indi də yazıblar ki, əməliyyat zamanı ölüb. Onların hamısı yanlış məlumatlardır. Bizdə qeydiyyatda elə bir xəstə yoxdur".
 
Qeyd edək ki, ötən həftənin şənbə günü isə Anar Hümbətovun konservləşdirilmiş pomidor-xiyardan zəhərlənərək öldüyü ilə bağlı xəbər yayılmışdı. "Report"un yaydığı məlumatda bildirilirdi ki, 1977-ci il təvəllüdlü Hümbətov Anar Musa oğlu zəhərlənmə diaqnozu ilə yerləşdirildiyi "MedEra Hospitalı"nda dünyasını dəyişib.

Ölən şəxsin qohumları bildiriblər ki, onlarda A.Hümbətovun ölümü ilə bağlı şübhə yarandığı üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

0
XƏBƏR LENTİ