Mehriban Əliyeva: “Bu festival bizə birlik hissi bəxş edəcək bayrama çevriləcək”

30 İyul 2016, 23:58
AAA
İyulun 30-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VIII Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub.

AZXEBER.COM Azərtac-a istinadən xəbər verir ki, Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında açıq havada quraşdırılan möhtəşəm səhnədə keçirilən mərasimdə əvvəlcə Azərbaycanda musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna rol oynayan Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

Məktubda deyilir:

“Əziz dostlar!

Qəbələ Musiqi Festivalı yenidən öz qapılarını iştirakçılarının və qonaqlarının üzünə açır.

Bizim festival Azərbaycanın ən gözəl guşələrindən biri olan Qəbələdə keçirilir. Bu gün qala divarlarının və məbədlərin qalıqları bu şəhərin qədim zamanlarda əfsanəvi dövlətin – Qafqaz Albaniyasının paytaxtı olduğunu xatırladır. Məhz Qafqaz Albaniyası dövründən tolerantlıq ənənələrinin qorunub saxlanıldığı, müxtəlif xalqların və dinlərin nümayəndələrinin əsrlər boyu sülh içində yaşadığı, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqi və inkişafına daim öz töhfəsini verən Azərbaycan son illər beynəlxalq musiqi və incəsənət festivallarının, konfrans və sərgilərin, idman yarışlarının keçirildiyi məkan kimi tanınmaqdadır.

2009-cu ildə Qəbələdə musiqi festivalının keçirilməsi ilə milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyuldu. Beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə xidmət edən bu festival artıq gözəl bir ənənəyə çevrilərək öz beynəlxalq nüfuzunu ildən-ilə artırır.

Qəbələ artıq tanınmış musiqiçilərin, tamaşaçıların, sənətsevərlərin sevimli görüş yeridir. Festival Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni həyatında mühüm hadisəyə çevrilib.

Dünyanın bir çox ölkəsindən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir.
Əminəm ki, indiki festival sərhəd və rəqabət tanımayan musiqi dünyasında bizə gözəl birlik hissi bəxş edəcək daha bir bayrama çevriləcəkdir.

Bütün iştirakçılara və qonaqlara uğurlar və festivalımızın heyranedici mühitində xoş ünsiyyət arzulayıram”.

Sonra Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub. Mindən çox tamaşaçının dinlədiyi konsertdə Üzeyir Hacıbəylinin, Niyazinin, Fikrət Əmirovun, Qara Qarayevin, Cakomo Puççinin, Cüzeppe Verdinin, C.Rossininin əsərləri səsləndirilib. İfaçılar - Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq Artisti Samir Cəfərovun, Azərbaycan Televiziya və Radiosunun solisti Aytac Şıxəlizadənin çıxışları alqışlarla qarşılanıb.

Daha sonra festivalın xüsusi qonağı olan bəstəkar və müğənni, SSRİ Xalq Artisti və Əməkdar İncəsənət Xadimi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu səhnəyə çıxıb. O, Qəbələ Beynəlxalq Musiqi Festivalının əhəmiyyətindən danışıb, belə bir musiqi bayramının təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib. Xalq və bəstəkar musiqilərini səsləndirən Polad Bülbüloğlunu gənc dirijor Murtuza Bülbülün idarəsi ilə Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

Birinci xanım Mehriban Əliyevanın məktubunda qeyd edildiyi kimi, Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq gözəl bir ənənəyə çevrilib, öz möhtəşəmliyi ilə xarici və yerli musiqiçilərin dərin rəğbətini qazanıb. Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban Əliyeva artıq neçə ildir ki, bu musiqi festivalının respublikamızın dilbər guşəsi olan Qəbələdə keçirilməsinə yaxından dəstək verirlər. Bu beynəlxalq musiqi festivalı ölkəmizdə multikultural dəyərlərə böyük önəm verildiyinin göstəricisidir. Musiqinin gücü o qədər qüdrətli və sərhədsizdir ki, dünyanın müxtəlif ölkələrindən bu festivala gələn məşhur solistlərin, orkestrlərin ifası ilə mənəvi yaxınlığı hiss etməyə imkan verir.

Musiqisevərlərin çoxdan gözlədiyi gün gəlib çatıb və artıq Qəbələ Beynəlxalq Musiqi Festivalı öz qapılarını yenidən sənətsevərlərin üzünə açıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən keçirilən festival ildən-ilə böyüyən tamaşaçı auditoriyası və ahəngdar musiqi keyfiyyəti ilə diqqəti cəlb edir. Ölkəmizdə elan olunan “Multikulturalizm ili” çərçivəsində keçirilən tədbirlərin sırasında yer alan Qəbələ Beynəlxalq Musiqi Festivalının builki proqramı hər il olduğu kimi çox zəngindir.

Festivalın proqramına uyğun olaraq Qəbələ səhnəsində Azərbaycanın və dünyanın dahi bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də səhnəyə çıxırlar. Burada klassik və kamera musiqisi, muğamlarımız ifa olunur. Bu günlərdə isə Qəbələdə pianoçuların beynəlxalq müsabiqəsi də keçiriləcək.
Avqustun 5-dək davam edəcək VIII Beynəlxalq Musiqi Festivalında Azərbaycan, Avstriya, Bolqarıstan, Rusiya, Türkiyə, Ukrayna, ABŞ, İtaliya, Fransa, İspaniya, İsrail, Litva və Kubadan olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər.

Oxunma sayı : 1089

SON XƏBƏRLƏR
Qənirə Paşayeva Milli Məclisdə tələbələrin problemlərindən danışdı - 21 Noyabr 2017, 21:52
Sabah Bakının bir hissəsi təbii qazsız qalacaq - 21 Noyabr 2017, 20:23
İordaniyada pişiyi dövlət işinə götürdülər - 21 Noyabr 2017, 19:54
Deputatdan Elman Rüstəmova irad: “Azərbaycanda bank sistemi dağılır” - 21 Noyabr 2017, 19:51
Ən təhlükəli parollar açıqlandı - 21 Noyabr 2017, 19:28
General: “Qarabağ”-ın oyununda təhlükəsizlik təmin olunacaq - 21 Noyabr 2017, 19:06
Fədayə Laçın ev dustağı olmaq istəyir - 21 Noyabr 2017, 18:45
Dövlət müşavirləri vəzifəsi ləğv edildi – SƏRƏNCAM - 21 Noyabr 2017, 18:21
Azərbaycanda üçəm doğuldu: Mehriban, Leyla, Arzu - 21 Noyabr 2017, 17:42
Sevinc Ağasıyeva: "Bu işdən çox böyük zövq aldım" - FOTOSESSİYA - 21 Noyabr 2017, 17:38
Ərdoğan: Kim nə qədər istəyir narahat olsun, biz AES tikəcəyik - 21 Noyabr 2017, 17:23
"Banklar vətəndaşlara kömək etsin" - Siyavuş Novruzov - 21 Noyabr 2017, 17:15
Azərbaycanlı futbolçu həbs edildi - İran vətəndaşını qarət etdiyi üçün - 21 Noyabr 2017, 16:53
Yeni Azərbaycan Partiyasının yaradılmasından 25 il ötür - 21 Noyabr 2017, 16:47
“BakuBus”ın avtobusu gənc qızı vurdu - 21 Noyabr 2017, 16:46
İqtisad Universitetinin rektoru Ədalət Muradov Təhsil Naziri olmaq istəyir - 21 Noyabr 2017, 16:32
"Xarici şok baş verməzsə, valyuta bazarında sabitlik qorunacaq" - Elman Rüstəmov - 21 Noyabr 2017, 16:27
Suraxanıda körpə meyiti aşkarlandı - 21 Noyabr 2017, 16:23
"Bəzi səfirliklər bağlansın" - Deputatdan tələb - 21 Noyabr 2017, 16:21
İDDİA! Hüseyn Abdullayev "Azərsun"a basqın edib: biznesmen döyülüb, seyfindən 180 min dollar aparılıb? - AÇIQLAMA - 21 Noyabr 2017, 16:06
"Dəmirbank"a depozit qoymaq istəyənlərin milyonları mənimsənildi - 21 Noyabr 2017, 16:02
"Mənimlə yatın, yaxşı qiymət yazım" - əxlaqsız müəllimdən təklif - 21 Noyabr 2017, 16:00
Gəncədə “Bugünkü yatırım sabaha inamdır” gənclər üçün məşğulluq layihəsi həyata keçiriləcək - 21 Noyabr 2017, 15:57
“4 dil bilir, ona görə fikrini səhv ifadə edib” - Vaqif Əsədov - 21 Noyabr 2017, 15:53
Bu filmdə İrəvanın orta əsr Azərbaycan şəhəri olması faktı təsdiqlənir - VİDEO - 21 Noyabr 2017, 15:50
Mətanətin qızının Antalyadakı toyundan - FOTOLAR + VİDEO - 21 Noyabr 2017, 15:46
“ASAN Radio” Gəncədə yayıma başladı - 21 Noyabr 2017, 15:44
Bakıda daha bir avtobusun hərəkət trayektoriyası dəyişdi - 21 Noyabr 2017, 15:40
"Çelsi" Bakıda 150 polisin mühafizəsi altında məşq edəcək - 21 Noyabr 2017, 15:32
Lənkəranda “zapravka”da yanğın - Yaralananlar var - 21 Noyabr 2017, 15:25
Azərbaycanlı məşhurlar gömrük işçilərinə qarşı: "Bu adamların tərbiyəsizliyinə nə vaxt son qoyulacaq?" - 21 Noyabr 2017, 15:04
"Əlimdə olan futbolçular məni qane edir" - Qurban Qurbanov - 21 Noyabr 2017, 14:31
Azərbaycan sərt pul siyasət yürüdəcək - 21 Noyabr 2017, 14:16
Konte: ""Qarabağ" son 2 oyunda əla çıxış edib" - 21 Noyabr 2017, 14:13
“Heydər Əliyev bizə müasir Azərbaycanı bəxş edib” - Deputat - 21 Noyabr 2017, 14:03
Sürücüləri hər gün bezdirən siğorta şirkətləri: Nömrələrimizi onlara kim satır? - 21 Noyabr 2017, 13:56
Əliyar Ağayev "Beşiktaş" - "Portu" oyununda - 21 Noyabr 2017, 13:42
Azərbaycanlı manyakdan dəhşətli etiraflar: "Adam ətindən qutab bişirib vağzalda satırdıq" - VİDEO - 21 Noyabr 2017, 13:22
“Alkoqollu içkilər və siqaretin qiyməti iki dəfə arta bilər” - Maliyyə naziri - 21 Noyabr 2017, 13:22
Sabah bəzi yerlərdə sulu qar yağacaq - 21 Noyabr 2017, 13:14
Azərbaycan dövləti Rasim Balayevi müalicə üçün Türkiyəyə göndərir - 21 Noyabr 2017, 12:52
Bəstəkarlar İttifaqında Qənirə Paşayeva ilə görüş keçirildi - 21 Noyabr 2017, 12:48
"Qarabağ danışıqları tezliklə başa çatmayacaq” - Lavrov - 21 Noyabr 2017, 12:36
Yasəmən Əliyeva ilə bağlı yazı təkzib edildi – “Şikayətçi” “itib” - 21 Noyabr 2017, 12:29
“Yalandır, 1000 manat yox, 160 manat pensiya alıram” - Rasim Balayev - 21 Noyabr 2017, 12:21
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10