19:32 Bazar Günü, 24 Mart 2019
SİYASƏT

Mehriban Əliyeva Gəncəyə səfər edib

20:20, 14.02.20191932
Mehriban Əliyeva Gəncəyə səfər edib

Fevralın 14-də birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncə şəhərinə gəliblər.

AZXEBER.COM xəbər verir ki, Mehriban Əliyeva və Leyla Əliyeva ulu öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. 

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov birinci vitse-prezidentə son illərdə şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Mehriban Əliyeva Regional İnkişaf İctimai Birliyinin nümayəndələri ilə görüşüb. 

XƏBƏR LENTİ