Mehriban Xanlarova: "Azərbaycanda kişilər və qadınlar qorxa-qorxa sevişirlər" - MÜSAHİBƏ

10 Noyabr 2016, 15:54
AAA

Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarovanın AZXEBER.COM-a müsahibəsini təqdim edirik.

- Mehriban xanım, sənət işləriniz necə gedir?

- Dünən uşaq tamaşası oynamışam. "Aldanmış ulduzlar”. Bunu hamı bilir ki, mən orda keçi obrazındayam. Sevə-sevə də oynadığım obrazdı, çünkü mən körpələri çox sevirəm. Bu ay başqa tamaşam yoxdu.

- Peşəkar aktrisa kimi hər iki sahədə uğurlarınız var. Müqayisədə teatr yoxsa kinonu seçərdiniz?

- Özümə şanslı aktrisa deyə bilərəm ki, sənətə filmlə, əsas da baş rolla gəlmişəm. Bu Moskvanın göstərişi ilə çəkilən "Sarıköynək və Valehin nağılı”nda Sarıköynək obrazı olub. Elə həmin il də "ADMİU”ya qəbul oldum. Universitetdə oxuyanda yenə də Moskvanın təsdiqi ilə çəkilən ikinci filmdə baş rolda oynadım. Şahmar Ələkbərovun "Sahilsiz gecə”filmində də Zibeydə rolunu oynadım. Bu filmdən sonra mənə rejissorlar tərəfindən çox müraciətlər oldu. Ona görə kino mənə daha doğmadır.

1998-ci ildən teatrda işləyirəm. Teatr fərqlidir. Burada hər şey bir dəfəyə olur. Filmdə hər hansı səhvi düzəltmək üçün iki-üç dubl çəkmək mümkündür. Amma teatr səhvi bağışlamır. Bəzən də səhnədə aktyor həmkarın sənin səhv etdiyini görəndə tez bunun qarşısını alır, heç tamaşaçı bunu hiss etmir. Hər iki sahə çətindir. Əsas odur ki, sevgi ilə yanaşmağı bacarasan. Kiminsə yerini tutmayasan.

- Aktyor, aktrisa olmayan insanların seriallara, filmlərə çəkilməsinə necə baxırsız?

- Bu gün əksər aktyor, aktrisalar səhnədən, ekrandan kənardadır. Çünki, müğənnilər, aparıcılar rol oynayırlar. Mənim aktyor, aktrisa yoldaşlarım bu barədə səsərini çıxarmır. Tək mən danışanda da elə bilirlər ki, mən kiməsə paxıllıq edirəm. Mən niyə paxıllıq edim? Özümə görə sevilirəm, adım sanım var. Heç vaxt efirdə çıxıb "mənəm-mənəm” deməmişəm. Əslində sənətim də var, "vidim-fasonum” da. "Mən-mən” deyən aktrisalara "5” çəkərəm! Məni görən insanlar tez-tez soruşur ki, "Mehriban xanım, seriallarda niyə yoxsuz?” Ona görə də mən səsimi çıxaranda deyirlər, paxıllıq eləyir.

Ona görə də hər kəs deyir ki, bu gün Azərbaycanda serial çəkilmir. Belə olanda mənim sözüm olmur. İndən belə çəkilməsəm də teatrım var, teatrda oynayıram. Şükür. Qoy rejissorlar mənə yalvarsınlar, mən niyə onların ayağına getməliyəm.

- Seriallara baxırsız?

- Heç birinə baxmıram. Ancaq rus və türk seriallarına baxıram. Artıq Rusiyanın köhnə kinolarına keçmişəm, onları izləyirəm.

- Filmlərimizdə ən problemli məqamlardan biri də sevişmə səhnələrinin azlığıdır..

- Bilirsiz niyə? Çünki, seriallarımızda, Azərbaycanda kişilər və qadınlar qorxa-qorxa sevişirlər. Mentalitetdən çəkinirlər. Biz mentalitetdən danışırıq, amma xarici seriallara baxan bizim kişilərin yadına mentalitet düşmür. Amma biz onu eləsək, lap elə ürəkdən qucaqlaşsaq da mentalitetə yaraşmayan bir şey olur.

- Deyəsən "Təhminə və Zaur” filmində Təhminə roluna siz çəkiləcəkdiniz...

Bəli. Məşqlərdə Fəxrəddinlə mən idim. Sonra bilmədim nə səbəbə Meral Konrat gətirildi. Bir də ayıldım ki, o çəkilir. Rasim Ocaqov idi rejissor. Görün indi bizimkilər Meral Konrata bir söz dedilər? Amma mən çəkilsəydim, o səhnədə mən olsaydım görün nə olardı. Vay dədə, Vay! Dünyada söz qalmazdı mənə qoşmadıqları. Səmimiyyətimə inanın. Ona görə də deyirəm ki, bizim sənət həm gözəldir, həm də çox qorxuludur.

- Bu yaxınlarda sizin səhnə yoldaşınız xalq artisti Fuad Poladov AzDramadan getdi. Sizcə düzmü elədi?

- Yox. Çünki, elə aktyorlar çox azdır. Onlardan da biri Fuad Poladov idi. Gərək getməyəydi. Amma o elə sənətkardı ki, şəxsən mən ona müdaxilə edə bilmərəm. Mən srağagün "Aktrisa” filminə baxdım. Fuad Poladovun oradakı oyunu mənə dəhşət ləzzət elədi. Mən deyərdim ki, o filmə onun oyununa görə baxmaq olar. Nədənsə biz yaxşı sənətkarlarımızı get-gedə itiririk. Artıq özümüz-özümüzə də dəyər vermirik.

- Flora Kərimova Zeynəb Xanlarova ilə bağlı xoşagəlməz sözlər demişdi. Siz də bu qalmaqalda Zeynəb xanımı müdafiə etmişdiniz. Sizcə bu qalmaqal nədən qaynaqlanmışdı?

- Mən çox sərt cavab vermişdim. Mən sənətkar kimi Flora xanımı çox istəyirdim. Birdən birə onun belə sözlər deməsi mənə çox pis təsir elədi. Həmin dəqiqə də mən cavab verdim, sonra heçnə demədim. Amma niyə belə eləyib, onu bilmirəm. Kimin fətvasına getdi... Flora xanım da ağılsız qadın deyil. Amma niyə bunu elədi? İlhamə qurtardı, Zeynəbəmi keçdi? Başa düşmədim. Görürsünüzmü Zeynəb xanım necə ağıllı qadındır. Heç bir cavab vermədi. Ən gözəli susmaqdır. Düzdür mən onun qardaşı qızıyam deyə dözə bilmədim cavab verdim. Mən peşman deyiləm bundan. Yenə kimsə Zeynəb xanıma artıq söz desə yenə cavabını verəcəyəm.

- Mətbuatda sizin bir şəxslə kəbin kağızınızın olduğu barədə məlumatlar var idi. Bu məsələ necə sonlandı?

Allah tərəfi o adamın cəzası verildi. Bu qədər pisliyin qarşısında o adamın tutulması üçün ərizə yazmamışdım. O Azərbaycan xalqı qarşısında üzr istədi ki, "Mən Mehriban xanıma şər atmışam”. Bəzi insanlar cahildir. Ona inanırdılar. Hansı ki, cibində 20 qəpiyi də olmayan adam idi. Allah hər kəsi şərdən uzaq eləsin. Mən çox dostcanlı adamam. Gecə saat 3-də zəg eləsən, qaça-qaça gələrəm köməyə. Amma namərdlər çoxdur. Amma mən o namərd insanlara yaxşılıqla cavab vermişəm. Amma mən düz sözü deyəndə mənə dəli də deyiblər, həyasız da deyiblər bazar arvadı da deyiblər. Amma o insanlar öz keçmişlərinə baxsınlar ki, əqrəbalarında kimlər var.

- Öz övladınız olmayıb, eləmi?

- Bəli. 21 yaşında bacım rəhmətə gedib. Bacımın 3 yaşlı qızını mən saxlamışam. Artıq 4-cü nəvəm olacaq.

Belə söhbətlər gəzir ki, qızınız boşanıb. Doğrudur?

- Xeyr. Elə bir şey yoxdur. Ağ yalandır. Çalışacam o ailə sona qədər ayaqda dursun.

- Son olaraq nə demək istərdiz.

- Sizə təşəkkür edirəm.

 

Dursun,
AZXEBER.COM 

 


Oxunma sayı : 7439

Loading...
SON XƏBƏRLƏR
Lənkəranda ağır yol qəzası baş verib: 10-a yaxın yaralı var - 28 May 2017, 21:28
Azərbaycan və Türkiyə gəncləri İstanbulda bir araya gəldilər – Respublika Günü qeyd edildi - 28 May 2017, 21:20
YPX qəzaya səbəb olub: Ölən və ağır yaralanan var - 28 May 2017, 18:11
Mehriban Əliyeva qızları ilə bayram tədbirində - Fotolar - 28 May 2017, 16:32
Azərbaycanlı milyaderdən məşhur modelə təklif - 500 min... - 28 May 2017, 14:21
Azərbaycanda 4 nəfərin ölümünə səbəb olan sürücü azadlığa çıxdı - 28 May 2017, 13:20
Azərbaycanda ana ola bilməyən qadının DƏHŞƏTLİ SONU - 28 May 2017, 13:01
Azərbaycanda bu verilişlərdə reklamın verilməsi qadağan edilir - 28 May 2017, 12:53
Sabah hava belə olacaq - 28 May 2017, 12:16
Şəmkirdə partlayış: yaralanan var - 28 May 2017, 11:46
Məktəbdə qətlə yetirilən Kənan "Son zəng"ə hazırlaşırmış... - 28 May 2017, 11:28
Cəbhədə gərginlik: erməni silahlıları minaatanlarla rayonlarımızı atəşə tutudular - 28 May 2017, 11:18
Azərbaycan Xalq Cümhuriyyəti 99 yaşında - 28 May 2017, 11:17
ADU-da tələbə qızın cəsarətli çıxışı rektoru özündən çıxartdı: "Sözünü geri götür" (VİDEO) - 28 May 2017, 03:14
Ankarada Qarabağ parkının açılışı olub - 27 May 2017, 22:42
Ərə gedən xalq artisti toydan sonra ilk dəfə - FOTOLAR - 27 May 2017, 16:13
Bakıda gecə klubunda DAVA - 27 May 2017, 14:20
Azərbaycana məxsus helikopter qəza enişi etdi - 27 May 2017, 14:15
Gözəl Bayramlı Bakı İstintaq Təcridxanasına köçürülüb - 27 May 2017, 14:04
Tovuzda 17 yaşlı qız valideynlərinə görə intihara cəhd etdi - 27 May 2017, 14:00
Kişi biryaşlı oğlunu vurub öldürdü - 27 May 2017, 13:49
Ağəlinin 12 yaşındakı sərgüzəştləri: həmin "Porsche", "paçka-paçka" pullar və... - Fotolar - 27 May 2017, 13:29
Bu da özünə milyonluq toy edən Xəyyamın özündən 16 yaş kiçik xanımı Nərmin - VİDEO - 27 May 2017, 12:49
Bakıda hotelin şüşəsini təmizləyən iki işçi 7-ci mərtəbədən yıxılıb - 27 May 2017, 12:40
Mədət Quliyev Aygün Kazımovaya DTX-da vəzifə verdi - 27 May 2017, 12:33
Bakıda avtoqəza: Qadın yaralandı – FOTO - 27 May 2017, 12:06
DTX rəisindən təcridxanalardakı ölüm hallarına - Reaksiya - 27 May 2017, 10:07
Mədət Quliyev tutulan hərbçi casuslardan danışdı - 27 May 2017, 09:59
Günaydan oğluna maraqlı hədiyyə - FOTO - 26 May 2017, 23:16
Qızından Rəqsanəyə: "Sən başqa qollardasan, mən başqa qollarda..." - 26 May 2017, 22:43
Mark ilk sosial şəbəkəsini 10 yaşında yaradıbmış - 26 May 2017, 22:23
"Birinci xanım"ların arasında yeganə kişi - baş nazirin arvadı - 26 May 2017, 21:10
Türkiyədə qədim türbəni satmaq istəyən 12 nəfər tutuldu - 26 May 2017, 20:38
Fatimə uşaqların sevincinə səbəb oldu - FOTO - 26 May 2017, 19:57
"Təhsil sistemində heç bir ixtisar yoxdur" - RƏSMİ AÇIQLAMA - 26 May 2017, 19:33
Saxta pul əsginasları satan şəxs saxlanıldı - VİDEO - FOTO - 26 May 2017, 19:06
Vüsal Quliyev: "Gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün hər cür şərait yaradılıb" - 26 May 2017, 18:22
Məşhurlar podiuma öz heyvanları ilə birlikdə çıxdılar - FOTOLAR - 26 May 2017, 18:20
Damlaya ağır itki “ O insanın ölümün pis qəbul edirəm” - FOTOLAR - 26 May 2017, 17:48
Ağıq xəstəlikdən əziyyət çəkən xalq artisinin yeni - Fotosu - 26 May 2017, 17:47
“Nar” abunəçiləri arasında keçirilən lotereya qaliblərinə mükafatlar təqdim edildi - 26 May 2017, 17:46
"Başına balta ilə vurdum, gördüm barmağı kəsilib yerə düşüb" - Qan donduran ifadələr - 26 May 2017, 17:42
"Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm" - Trampdan İlham Əliyevə məktub - 26 May 2017, 17:21
Azərbaycanın ən yaşlı seçicisi - "O, 3 əsrdə yaşayıb" - 26 May 2017, 17:20
Dolların mayın 30-a olan məzənnəsi - 26 May 2017, 17:11
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: azxeber@mail.ru
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10