10:29 Cümə, 27 Aprel 2018
Maqazin

"Məmurla, biznesmenlə sevgili olmaq nə vaxtdan ayıb sayılır?" - Azərbaycanlı müğənni

15:19, 20.04.201715191
Müğənni Aysel Əlizadənin biznesmenlə sevgili olması xəbərinə həmkarından reaksiya gəlib.
 
Müğənni Səbinə Əskərova AZXEBER.COM-a açıqlamasında insanların şəxsi həyatının gündəmə gətirilməsinin əleyhinə olduğunu deyib: "Mən Ayseli çox istəyirəm. O hər zaman sənətiylə, mahnılarıyla gündəmdə olmağı sevir. Bu xəbərin yayılması da düzgün deyil".
 
İfaçı həmçinin son günlər gündəmə çevrilən məmur qızının evlilik xəbərinə də münasibət bildirib: "Görürük ki, son günlər məmur qızının şəxsi həyatı, kiminsə məmurla, biznesmenlə sevgili olması, toy xəbərləri yayılır. Mənə maraqlıdır ki, görəsən məmurla, biznesmenlə sevgili olmaq nə vaxtdan ayıb sayılır? Hər bir insanın şəxsi seçimi, şəxsi həyatı var və istədiyi adamla da münasibətdə ola bilər. Sevgi vəzifəyə ya da sosial statusa baxmır, sevginin sərhəddi yoxdur". 
 
Səbinə Əskərova özü də şəxsi həyatının müzakirə olunmasına tərəfdar olmadığını deyib: "Mən hər zaman bundan qorxmuşam, bu səbəbdən də övladımın, yaxınlarımın fotosunu sosial şəbəkələrdə də paylaşmıram. Məşhur insansansa, hər an diqqət mərkəzində olursan və həyatın siğortalanmayıb. Ona görə məşhurlar diqqətli olmalıdır"
 

0
XƏBƏR LENTİ