19:57 Cümə, 24 May 2019
Maqazin

"Mən inanmıram ki, gənc bir qız atası yaşda kişi ilə eşq yaşasın"

21:17, 15.03.20197391
Xoşqədəm Hidayətqızı müğənni Aysel Əlizadə qalmaqalından danışıb.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, aparıcı gənc ifaçının atası yaşda kişinin ailəsini dağıtdığına inanmaq istəmədiyini bildirib.

Xoşqədəm 150 minlik "Porşe"ni Ayselin kreditlə aldığı ehtimalını da təkzib etməyib:

"Azərbaycan üçün əsl vətəndaşlar böyüdəcək qadınları belə incitmək olmaz. Mən bilmirəm Turanə xanımın danışdığı nə qədər həqiqətdir. Yenə deyirəm, mən inanmıram ki, gənc bir qız atası yaşda bir kişi ilə eşq yaşasın. Atanın 48 yaşı olanda qızın 22, 23 yaşı olar da. Aysel görün necə gözəl qızdır. Yəni, onun ehtiyacı yoxdur ki, atası yaşda bir kişi ilə ilişkiyə girsin. Mən inanmıram buna. Bu gün çox adam kreditlə maşın alır, ev alır. Çox elə insanlar var. Mənim özüm illər öncə aldığım maşını kreditə götürmüşdüm. Burada heç bir problem yoxdur". 
XƏBƏR LENTİ