21:00 Bazar Ertəsi, 19 Avqust 2019
Maqazin

"Mən kök deyiləm" - Elza

16:41, 16.05.20192475
Əməkdar artist Elza Seyidcahan kök olmasını tənqid edənlərə cavab verib.

Müğənni "Şou news"a açıqlamasında bildirib ki, özünü artıqçəkili hesab etmir:

"Çəki kompleksim yoxdur. "Artıq çəki" anlayışı yoxdur, geyimini bilməyən var. Artıq çəki özü də bir gözəllikdir. Qədimdən belə xanımlarımız balıq ətli olublar. Monserrat Kabalenin də artıq kiloları olub. Əsas odur konsertləri yadda qalıb.

Məsləhət görürəm ki, kiloların yox, sənətin üzərində çalışsınlar. Görkəm yox, sənət qalır. Mən kök deyiləm. Ola bilsin efirdə elə görünürəm. Belə rahatam".
 
///Axşam.az
XƏBƏR LENTİ