13:03 Bazar Günü, 18 Noyabr 2018
GƏNCLİK

“Mənə 1 milyon versələr onu yandıraram” – FOTO SÖHBƏT

03:42, 07.12.20118040
“Mənə 1 milyon versələr onu yandıraram” – FOTO SÖHBƏT

Qorqud Cəfərli: “İnanmıram ki, boyumun kiçik olması mənə problem yaratsın”.

Qorqud Cəfərli: “Mədəniyyət və İncəsənət universitetində çox mədəniyyətsiz şəkildə qarşılandım”.

Qorqud Cəfərli: “Klon olmaq asant deyil.

Qorqud Cəfərli: “Mənim üçün qisasın rəngi yoxdur”.

Son bir neçə ay ərzində yaradıcı gənclər arasında olmaq və onların işi ilə yaxından tanış olmaq fürsəti qazandım. Gördüklərimdən belə aydın oldu ki, Azərbaycanda kifayət qədər sənətə bağlı olan gənclər var. Bu gənclərdən biri də, gənc aktyor Qorqud Cəfərlidir. Qorqud incəsənət universitetini bitirməyib. O, elə bunun səbəblərindən də, söhbətimizdə bir xeyli bəhs etdi. Bir neçə gün bundan öncə isə, Qorqud və onun dostlarının yaratdığı “Q.A.T.A.R” studiyasıGənclərin I Ümumrespublika Teatr Festivalının qalibi oldu. Elə bu münasibətlə biz də AZXEBER.COM portalı olaraq gənc aktyorun gələcək planları ilə bağlı fikirlərini öyrənməyə çalışdıq.

“İnanmıram ki, boyumun kiçik olması mənə problem yaratsın”

- Özünü 3 cümlə ilə ifadə elə...

Adım Qorqud, soyadım Cəfərli.

- Özünü peşəkar aktyor hesab edirsən?

Xeyr.

- Səni daha çox həvəskar kimi tanıyırlar, yoxsa peşəkar kimi?

Daha çox peşəkar kimi görürlər.

- “Kuklalar” filmində çəkilmisən. Səncə, həvəskar bir aktyoru filmdə baş rolda çəkmək nə qədər düzgündür?

Mən özümü həvəskar sayıram. Ancaq ola bilər ki, kimsə məni peşəkar aktyor kimi görsün.

- Aktyor kimi fikirləşəndə daha çox insanın beyninə enlikürəkli və boyca hündür insan gəlir. Sənin boyun rollarda çəkilərkən sənə çətinliklər yaradıbmı?

Səhnəyə çıxarkən məndə kompleks olmur. Və bu günə qədərdə siz dediyiniz halla qarşılaşmamışam.

- Bəs fikirləşmirsənmi ki, bu sənə nə vaxtsa problem yarada bilər?

Boyum yaşıma görə nisbətən aşağıdır. Ancaq bu məndə heç vaxt kompleks yaratmayıb. Mənim kinoya daha çox həvəsim var. Ona görə kinoda inanmıram ki, boyumun kiçik olması mənə problem yaratsın.

“Mədəniyyət və İncəsənət universitetində çox mədəniyyətsiz şəkildə qarşılandım”.

- Müsahibələrinin birində qeyd etmisən ki, Azərpaşa Nemətov və Gülşad xanım səni incəsənət universitetinə imtahan verərkən ard-arda 2 il dil qüsurunun olmasını söyləyərək kəsib.

Bəli. Məni 2 il məhz buna görə kəsiblər. Bu bir tərəfə qalsın onlar ilk dəfədən mənə kobudluq da etmişdilər.

- Səncə, bunun səbəbi nə idi?

Çox insan mənə deyirki, mən birinci görünüşdən insanlarda antipatiyaya səbəb oluram.

- Niyə?

Bilmirəm. Əslində, insanlarla səmimi mühit yaratmağa çalışıram. Ancaq niyə elə düşündükləri mənədə maraqlıdır.

- Onlar səni nə zaman imtahandan kəsiblər?

2004-cü ildə.

- Gəl qayıdaq o 2004-cü ilə . İlk dəfə imtahan zalına girərkən nə baş verdi?

İçəri girdim və salam vermək istədim. Gülşüd xanım isə mənə imkan vermədi. Qapını açdı və “növbəti uşaq gəlsin” dedi. Məndə içəri girərkən mənə “nə baxırsan sifətimə, tez keç içəri” dedi.

- Belə demək mümkündürsə, Mədəniyyət və İncəsənət universitetində çox mədəniyyətsiz şəkildə qarşılandın.

Bəli. Mədəniyyət və İncəsənət universitetində çox mədəniyyətsiz şəkildə qarşılandım.

- İkinci dəfə yenə qəbul olunmadın?

Bəli. İkinci dəfədə yenə getdim və yenə həmin insanlar əyləşmişdi. Yenə həminki kimi, dil qüsurumun olduğunu deyib məni göndərdilər.

- Bəs arada qalan 1 ili nə işlə məşğul oldun?

Filmə çəkildim.

- Adətən təcrübəsi olan və təhsili olan insanları filmə dəvət edirlər. Bəs səndə necə oldu?

Bir gün təhsil aldığım məktəbdə elan gördüm. Cəfər Cabbarlı adına kinostudiyada keçirilən kastinqə qoşuldum və filmə dəvət aldım. Daha sonra Çingiz Rəsulzadənin rejissorluğu ilə çəkilən “Kuklalar” filmində baş rolu ifa etdim.

- Bu film nə zaman çəkilib başa çatdı?

2007-ci ildə. Mən həmin illərdə kastinqlərə gedirdim. Düşünün ki, 1000 nəfərin arasından filmdə çəkiləmək üçün dəvət aldım, amma 50 nəfərin arasından universitetə qəbul edilmədim.

- Aktyorluqdan başqa bir incəsənət sahəsi ilə məşğul olmusanmı?

Bəli olmuşam. Heykəltaraşlıqla məşğul olmuşam. Eyni zamanda 11 il peşəkar skripka ilə məşğul olmuşam.

“Klon olmaq asant deyil”.

- Nə üçün aktyorluğu seçdin?

Mənim valideynlərim məni skripkaçı kimi görürdü. Amma hər insanın daxilində bir səs var. Həm skripkaçılığı, həm heykəltaraşlığı, həmdə aktyorluğu bacarırdım. Ancaq daxilimdəki səs aktyorluq dedi. Məndə ən çox sevdiyim işin dalınca getdim.

- Sənə aktyor deyəndə daha çox xoşun gəlir, yoxsa artist?

Aktyor...

Artistlik sözü adətən insanları təhqir edərkən istifadə olunur. Sənin buna münasibətin necədir?

Mən səhnədə aktyoram. Hər zamanda bu belə olub. Artist isə siz dediyiniz kimi, insanlar biri-birilərini təhqir edərkən istifadə edilir. Mən əleyhinəyəm bu sözün.

- Bir çoxları aktyorlarda sənətə olan marağın uşaqlıqdan özünü büruzə verdiyini söyləyir. Sənin uşaqlığında ailən bunu hiss edibmi?

Anam hər zaman deyir ki, səni sakitləşdirmək üçün televizorun qarşısına qoyurduq. Ondan sonra sakitləşərmişəm.

- Daha çox hansı səpkili filmləri izləyirmişsən?

Daha çox komediya janrında olan filmlərdən xoşum gəlirmiş.

- Özünü komediya aktyoru kimi görürsən?

Ətrafımdakı insanlar məni komediya aktyorlarına bənzədirlər. Ancaq mən daha çox tragikomediya obrazında çıxış etmək istəyirəm. Mən istəyirəm ki, mən gülüm, tamaşaçı ağlasın.

- İnsanların bir çoxu komediya aktyorlarını klona bənzədirlər.

Klon olmaq asan deyil. O ən çətin işlərdən birdir. Hər kəs klon ola bilməz.

- Həyatda ən çox qorxduğun şey nədir?

Anamı itirmək.

- Adətən müğənnilərdən soruşanda ki, ən çox nəyi itirməkdən qorxursan, əksəriyyəti səslərini itiməkdən qorxduqlarını söyləyirlər. Bəs aktyorlar ən çox nələrini itiməkdən qorxurlar?

Məncə, qocalmaqdan qorxuruq.

- Son dövrdə hansısa teatrda çıxış etmisən?

Axırıncı dəfə Gənc Tamaşaçılar teatrında oldum. RomeoCulyetta tamaşasının hazırlıq mərhələsində iştirak elədim və 3 gün teatra dəvət aldım.

- Bəs sonra nə oldu?

Sonra teatrda müsabiqə keçirildi və mən oranı tərk etdim.

“Mənim üçün qisasın rəngi yoxdur”.

- Yenə imtahandan kəsildin?

Xeyr. Sadəcə rol verdilər və mən özümü o rolda görmədim.

- Özünü azad hiss edirsən?

Çox azad insanam. Ruhən çox azad insan olduğum üçün vaxtla yaşamıram.

- Ən çox sevdiyin rəng qırmızıdır?

Bəli. Qırmızını çox sevirəm.

- “Qisasın rəngi” sənin üçün qırmızıdı?

Mən hələdə bu sualın cavabını tapa bilməmişəm. Mənim üçün qisasın rəngi yoxdu.

- “Qisasın rəngi”ni oynayarkən öz tərəf müqabilin olan dostların səndə nəsə kəşf edə bildilərmi?

Əksinə, mən onlarda nəyisə kəşf etdim. Məsələn, Turalda qürur gördüm, Vasif həyatında yaşadığı keçmişini oynadı. Bu tamaşadan sonra dostlarımda bir çox şey kəşf etdim.

- Güləndə daha çox ağlayırsan, yoxsa ağlayanda daha çox gülürsən?

Güləndə daha çox ağlayıram.

- Həyatında tragediyalar çox olub, yoxsa komediyalar?

Tragediyalar çox olub.

- Gəl rejissorlara tövsiyyələr verək. Səncə, səni hansı rola çağırsalar sən daha böyük işlər ortaya çıxara bilərsən?

Onlarda sizin kimi mənə 15 dəqiqə vaxt ayırsalar o zaman bir sıra təkliflər alaram. (gülür)

- Mən rejissor olsaydım, səni komediya janrında heç bir rola dəvət etməzdim?

Nəyə görə?

- Çünki, gözündə kədər var.

Ola bilər buda keçmişimin məndə buraxdığı izlərdir. Mən komediya oynayan aktyorların çoxunun gözündə kədər hiss etmişəm.

- Saçındakı ağların səbəbi çox fikirləşməyindir?

Xeyr. Bu irsən belədir. Anamdan mənə keçib.

- Aktyor kimi məcbur olsan saçlarını qaraldarsanmı?

Təbii ki, bunu işim tələb edirsə edərəm.

- Öz-özünə danışdığın anlar olub?

Çox olub.

- İçindəki səsin səni sorğuya çəkdiyi olubmu?

İçimdə hər zaman mübarizə aparmışam. Sonda çalışmışamki saflıq qalib gəlsin və elədə olub.

- Hər kəsin içərisində bir uşaq gizlidir deyillər.

Məndə o uşaq yoxdur.

- Teatrda oynamaq çətindir yoxsa həyatda? Ancaq deməki mən həyatda oynamıram.

Xeyr. Həyatda da, oynayıram. Həyatda oynamaq daha çətindir. Hərdən elə hesab edirəm ki, kimsə məni qıraqdan kameraya çəkir. Bu mənə daha çətin gəlir.

- Çox yalan danışırsan?

Yaxşı aktyor yaxşı yalan danışmalıdır. Yalan danışmaq bir sənətdir. Onu da bacarmaq lazımdır.

- Əgər mən yazsam ki, “Qorquda inanmayın, o yalan danışır”. Onda bəs necə?

Buyurum, hər kəs istədiyini deməkdə sərbəstdi (gülür)

- Kimsə gətirib sənə 1 milyon versə götürərsən?

Mənə 1 milyon versələr onu yandıraram. Çünki o pul mənim deyil. Mən heç vaxt o pula əl vurmaram.

XƏBƏR LENTİ