23:06 Cümə, 19 Yanvar 2018
MARAQLI

"Mənə baxma, oynamağa davam et!" - Zorlanan ana oğluna yalvardı

15:45, 26.12.201727917

21 yaşlı qadın 2 yaşlı oğlu ilə birlikdə gəzintiyə çıxmışdı. Parkda olarkən o, həyatı boyu unuda bilməyəcəyi hücuma məruz qalıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay İngiltərənin Böyük Mançester bölgəsindəki Stalibric şəhərində baş verib.

Meriann Tribmer 2 yaşlı oğlu Conatanı parka gəzintiyə çıxarmışdı. Gəzinti zamanı Meriann qəflətən boynunda soyuq bıçaq tiyəsini, sonra sinəsində əlləri hiss edib və səs eşidib: "Dediyimi et və sağ qalarsan!"

Onun boynuna bıçaq dirəmişdilər.

Balaca Conatan isə baş verənləri görəndə yerində donub qalmışdı.

Meriann manyaka yalvarmağa başlayıb: "Yalvarıram, onun gözünün qarşısında olmasın! Yalvarıram! Conatan, mənə baxma, oynamağa davam et!

Conatan anasının xahişi ilə parkda ora-bura qaçır, hər dəfə manyakın yerə uzatdığı Merianna baxırdı. Meriann isə oğluna yalvarırdı: "Mənə baxma, Conatan, oynamağa davam et!"

Qadını zorlayan 17 yaşlı Aaron Qrehem idi.

Meriann polisə şikayət edib. Polis Aaronu ertəsi gün tapıb.
 
Autizm xəstəsi olan Aaronda ciddi komplekslər var. Ekspertizanın anlaqsız saydığı Aaron 10 ay müddətinə psixi klinikaya yerləşdirilib. Məhkəmənin qərarı ilə M.Tribmerə 1000 funt-sterlinq məbləğində təzminat ödənilib. "Bu məbləğ ananın ağrı-acısının müqabilində çox azdır. Lakin şəhər büdcəsindən daha çox verə bilmərik", - hakim deyib.
0
XƏBƏR LENTİ