19:10 çərşənbə Axşamı, 19 Mart 2019
Maqazin

"Məni bəyənməyənlərin zövqü yoxdur" - Nura Suri

21:10, 15.12.20183229
Müğənni Nura Suri iddialı açıqlaması ilə yeni qalmaqalın təməlini qoyub. 

Sənətçi "Şou news"a açıqlamasında bildirib ki, son beş ildə ən bahalı klipi özü çəkdirib. O, "Brilliantlar"ın son 5 ilin ən bahalı klipi olduğunu deyib:

"Xoşum gəlmir geyimin qiymətini açıqlayanda. Zəhləm gedir belə şeylərdən. İşə baxın, maddi tərəfinə yox. Keyfiyyət tərəfinə qiymət verin. "Brilyantlar"ın rekordunu qıran olmayıb. Getsinlər onun kimi klip ərsəyə gətirsinlər, o qədər xərc çəksin, gəlib desinlər. Hələ onu keçən olmayıb, 5 ildir. 

Gürcüstanda çəkildi. Hollivud filmlərinin kopyasını çəkmək, geyimləri tikdirmək, komanda ilə Gürcüstana getmək asan deyildi. Addım atırsan xərcdir. Onun kimi iş tək-tük adamlar edir. Amma 100 min baxışı yoxdur. Başqası bir "çırtma" vurur milyon dəfə izlənir. 

Elnarə Xəlilova bir yaxşı söz işlətdi: brilyant mağazasına gündə bir, adi aksesuar yerinə isə 50 adam girir. Musiqi də elədir. Məni bəyənməyənlərin zövqü yoxdur".
///Axşam.az
XƏBƏR LENTİ