22:54 çərşənbə, 17 Oktyabr 2018
Maqazin

"Mənim təhsil haqqımı ödəyə bilməz" - Elnarədən Röyaya cavab

16:20, 09.10.20182282
"Bir həftədir ki, musiqisi Nadir Əzimovun, sözləri Sabir Abdinovun olan yeni mahnı çıxarmışam. Hələ ki, radiolardadır. Klip barədə fikirləşirəm. Amma Rövşənin (həyat yoldaşı - red.) boş vaxtını tapa bilmirəm".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında müğənni Elnarə Xəlilova deyib. Hər zaman geyimləri tənqid edilən sənətçi əynindəki libaslardan bəhs edib:

"Geyimimi özüm seçmişəm. Bu yaz İstanbuldan aldığım geyimdir. Bu sırğanı İstanbulda olanda Müşərrəf Akayın verilişində idim. Orda Müşərrəf xanım hədiyyə etdi. Bunları da özüm almışdım. O gün bu gün dəst olub".

Xəlilova müğənni dostları Natavan Həbibi və Xuraman Şuşalı ilə yaratdıqları qruplaşmadan söz açıb: 
"Xuramanla, Natavanla vaxtımız olanda görüşürük. Ömür çox qısadır. Mən artıq 40 yaşa çatmış kimi hiss edirəm özümü. Hesab edirəm ki, ömrümün yarısını yaşamışam. Bilmirəm, Allah mənə nə qədər ömür verəcək. Bundan sonra 5 gün, 5 il, 5 aydır bilmirəm. Amma dəqiq bilirəm ki, yarısını yaşamışam. Digər yarısını xoş yaşamaq istəyirəm. Pozitiv olsun. İstəyirəm küskünlük olmasın. İnsanlara xoş təəssurat bağışlamaq istəyirəm. Kiminsə kefini pozmaq, qəlbini qırmaq istəmirəm. Elə bir niyyətim yoxdur. Eyni şeyi də qarşı tərəfdən xahiş edirəm. Bir-birimizin qəlbini qırmayaq. Allah Natavana da övlad versin. Baxaq sevinək".
 
Elnarə əməkdar artist Röya Ayxanla aralarında yaşanan plagiat mahnı qalmaqalına da toxunub:

"Axırıncı dəfə plagiat sözü coverlə qarışdırıldı. Cover başqa şeydir. Cover odur ki, artıq bu mahnı var. Tutaq ki, mahnını bir ingilis müğənni oxuyub. Sözləri, musiqisi, müəllifi, aranjimanı var. Məsələn, "Despacito" mahnısı hazırda bütün dillərdə var. Türkcə, rusca, ingiliscə coverları var. Plagiat başqa şeydir. Bu mahnı var və sən artıq o mahnıdan kənar yeni bir mahnı çıxarırsan. Və iddia edirsən ki, bu mahnının müəllifləri, musiqisi, aranjimanı başqadır. Amma əslinə mahnılar bir-birinə çox bənzəyir. Bu artıq plagiatdır". 

Xəlilova Röyanın onun təhsil haqqını ödəməsi ilə bağlı sözlərinə "Bu mövzunun gündəm olmasını istəmirəm. Özü də mən universiteti pulsuz bitirmişəm. Yəni, pulsuz təhsil almışam. Heç kim mənim təhsil haqqımı ödəyə bilməz" cavabını verib.
XƏBƏR LENTİ