08:53 Bazar Günü, 25 Avqust 2019
Maqazin

"Mənim üçün həyat yoldaşı tapmaq asandır" - Ayan

14:38, 24.04.20198652
AZXEBER.COM xəbər verir ki, müğənni Ayan Babakişiyevanın Axşam.az-a müsahibəsini təqdim edirik:

- Artıq 1 aya yaxındır ki, Bakıya gəlmisiniz və yenidən müğənnilik karyerasına başlamısınız. Səbəb nə oldu?

- Hər zaman gəlib-gedirdim. Bu dəfə bir az uzunmüddətli oldu. Amma birdəfəlik gəlməmişəm. Yenə də bir ayağım İstanbuldadır. Vətənimdir, niyə də qayıtmayım ki? İndi isə hər şeyi gözə alıb efirlərə çıxıram. 

- Efir qadağalarınız var idi. Onları necə aradan qaldırdınız? 

- Heç bir səbəb olmadan qadağalar qoyulmuşdu. Hər şeyin dərmanı zamandır. Mən də bu zamanda səbr etdim və gözlədim. İndi hər şey gözəldir. Bütün kanallarda dostlarım var, dünənki uşaq deyiləm. İllərlə onlarla dostluq edib, bərabər çörək kəsmişəm. Onlar da zamanla çalışıb ki, mənə kömək etsinlər. 

Heç kimdən zəng edib, tapşırmasını da istəmədim. Əvvəl də "Xəzər" TV-də efirə çıxırdım. Vətən xaini, xalq düşməni deyildim ki... Yanımda olan dostlarım sağ olsun. İllərlə Toliklə bir-birimizi anlamırdıq. Son illər isə dostluq münasibətimiz yarandı. 

- Bəs, həmin qadağaları qoyan indi efirlərə çıxmağınızı görüb, yenidən maneələr yaratmağa çalışmadı?

- Heç bir şey... 30 yaşım var, 5 il vaxt keçdi. İntriqalar mənə lazım deyil. Bu məni yorar, övladımı sağlam böyütməyə imkan verməz.

"ÜRƏYİM İSTƏSƏ, AMERİKADAN DA EV ALACAM"

- Ayan yenidən toy biznesinə qatılmaq istəyir?

- İstanbulda olanda da İsrailə, Moskvaya toya gedirdim. Çox vaxt yəhudilərin toyuna gedirəm. Gələndən Bakıda da toy dəvətləri gəlir.

Türkiyə ikinci vətənimdir. Orada da evlərim, dostlarım var. Bir yerdən həmişəlik köçüb getmək olmur. Allah hər kəsin yolunu açıq etsin, ürəyinə görə versin. Gəncədə də evimiz var. Türkiyə yaşam yerim idi. Hərdən yazırlar ki, orada bir şey edə bilmədi gəldi bura, burada nəsə edə bilmədi, getdi ora. Heç kim kefimin ağası deyil. Ürəyim istəsə, gedib Moskvadan da, Amerikadan da ev alacam. 

- Yəqin ki, siz də bu cür suallarla çox qarşılaşmısınız: Niyə ora şou-biznesinə qatılmadınız?

- Heç vaxt ora pul tökmərəm. Sima olaraq Günel Zeynalovadan başqa heç kimi tanımırlar. Amma Üzeyir Mehdizadə, Şəbnəm Tovuzlu, Çinarə Məlikzadənin mahnılarını kafedə, parkda, ticarət mərkəzlərində eşidə bilərik. Amma sima olaraq tanınmırlar. Məni belə küçədə heç kim tanımır. Çelik gəldi ki, Azərbaycanda yaşayacam. Biz onu qəbul etmədik. Bizimkiləri niyə onlar qəbul etsin? Orada Aleyna Tilki, Demet Akalın, Ziynet Salidən sonra Ayanı nə etsinlər? Bütün tökülən pullar boşdur. Aranjiman edərəm, Bakıya gətirərəm, təqdim edərəm. Amma orada klip, mahnı, kimə lazımdır? Yalandan nəsə edim ki, gəlib Azərbaycanda toy qiymətimi min manat qaldıracam? Günel orada nələr edib, risklərə gedib.

- Toy qiyməti qalxıb?

- Bir az qalxıb...

- Əvvəl toylara getmirdiniz...

- Selena dünyaya gəlməzdən əvvəl çox toya gedirdim. Amma ondan sonra ara vermişdim. Mən İsrail, dağ yəhudiləri, ivrid dilində mahnılar oxuduğum üçün yəhudi toylarında çox oluram. 
XƏBƏR LENTİ