04:27 Bazar Ertəsi, 19 Noyabr 2018
KRİMİNAL

Mənzildən 150 min oğurlayan dəstənin işi - biri qadındır

19:00, 02.11.20184843
Mənzildən 150 min oğurlayan dəstənin işi - biri qadındır

Bakıda içərisində 30 000 dollar və 100 000 manatlıq qızıl olan seyfi oğurlayan şəxslərin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluq etməkdə təqsirləndirilən Aslan Qasımov, Familə Vəliyeva, İmamverdi Həsənov, Elnur Aslanov və Sahib Həsənbəylinin cinayət işi üzrə üzrə məhkəmə iclası başlayıb.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bu il aprelın 22-də paytaxt sakini olan bir nəfər şəxs Xətai rayon Polis İdarəsinə müraciət edərək rayon ərazisində yerləşən fərdi yaşayış evindən içərisində 30 000 ABŞ dolları və 100 000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin oğurlandığını bildirib. İş üzrə iki nəfər zərərçəkmiş var.

musavat.com
XƏBƏR LENTİ