16:42 Cümə Axşamı, 15 Noyabr 2018
SİYASƏT

Mərdan Camalov özünə yeni müavin təyin etdi

19:06, 07.11.20183078
Mərdan Camalov özünə yeni müavin təyin etdi

Şirvan Şəhər İcra Hakimiyyətində (ŞİH) yeni kadr təyinatı  olub.

"Report”un Mil-Muğan bürosunun məlumatına görə, bununla bağlı Şirvan Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Mərdan Camalov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Azər Təzəxan oğlu Abdıyev Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini - şəhər təsərrüfatı şöbəsinin müdiri təyin edilib. 

Qeyd edək ki, A.Abdıyev bu təyinatadək Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin müdiri vəzifəsində çalışıb.

XƏBƏR LENTİ