10:36 Bazar Günü, 19 May 2019
SİYASƏT

Meriya Milli Şuranın mitinqinə razılıq vermədi

17:41, 17.04.20194376
Meriya Milli Şuranın mitinqinə razılıq vermədi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 20-nə təyin etdiyi aksiyaya cavab verib.

BŞHİ-dən AZXEBER.COM-a verilən məlumata görə, mitinqə icazə verilməyib.

Qeyd edək ki, Milli Şuranın aprelin 6-da mitinq qərarına Bakı Şəhər İcra Hakimiyyəti mənfi cavab verdikdən sonra yenidən aprelin 20-də mitinq keçirmək barədə qərar qəbul edib.

Bakı şəhər İcra Hakimiyyəti Milli Şurasının fevralın 23-də, martın 2-də, aprelin 6-da, Müsavat Partiyasının martın 10-da və aprelin 7-də keçirmək istədiyi aksiyalara da razılıq verməyib.
XƏBƏR LENTİ