02:31 Bazar Günü, 18 Avqust 2019
SAĞLAMLIQ

Mərkəzi Neftçilər Xəstəxanası Beynəlxalq Ahıllar günü ilə bağlı aksiya keçirdi

17:20, 02.10.20131740
Mərkəzi Neftçilər Xəstəxanası Beynəlxalq Ahıllar günü ilə bağlı aksiya keçirdi

2013-cü il oktyabrın 2-də Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası (MNX), Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı və YAP Xətai rayon Qadınlar Şurası ilə birgə əməkdaşlığı nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatda 1 Oktyabr - Beynəlxalq Ahıllar günü ilə bağlı aksiya keçirtdilər.

Xəstəxanadan AZXEBER.COM-a verilən məlumata görə,  MNX-nın baş həkimi Leyla Seyidbəyli Beynəlxalq Ahıllar günü münasibəti ilə pansionat sakinlərini təbrik etdi və xüsusilə vurğuladı ki: “Siz tənha deyilsiniz, yaşlı nəslə qayğı göstərmək bizim borcumuzdur, məhz bu səbəbdən biz hər zaman sizin yanınızda olmağa çalışırıq.”

Qeyd edək ki, keçirilən aksiya çərçivəsində MNX-nın həkim heyəti – terapevt, nevropatoloq, oftalmoloq, kardioloq yüzə yaxın müharibə və əmək əlillərini hərtərəfli müayinə edərək, müalicə təyin etdilər. Həmçinin MNX-sı tərəfindən ayrılan ehtiyacı olan insanları dərman preparatları ilə təmin etdilər. Xüsusilə qeyd etmək lazımdır ki, həkim heyəti peşə borcunu həyata keçirməklə bərabər, həmçinin ahılları diqqətlə dinləyib, onlara dəstək oldular. Aksiya bayram süfrəsi ilə davam etdi.

Bütün dünyada olduğu kimi, Respublikamızda da ahıl insanlara dövlət qayğısının ildən-ilə artır, qeyd edək ki, Beynəlxalq Ahıllar gününün ölkəmizdə 1993-cü ildən qeyd olunur və bu günə kimi qocalara daim dövlət tərəfindən diqqət və qayğı göstərilir.

XƏBƏR LENTİ