03:39 Bazar Ertəsi, 16 Dekabr 2019
SAĞLAMLIQ

Mərkəzi Neftçilər Xəstəxanasında növbəti yenilik

14:10, 24.10.20133374
Mərkəzi Neftçilər Xəstəxanasında növbəti yenilik

Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) pilot layihə keçirilir. 

Xəstəxanadan AZXEBER.COM-a verilən məlumata görə, layihə çərçivəsində Xəstəxanaya xüsusi qolbaqlar və planşetlər gətizdirilib, həmin avadanlıqlarda mikroçip qurulub. Belə ki, xəstə haqqında dolğun informasiya, həmçinin xəstəlik tarixçəsi, laboratoriya cavabları və digər lazımi məlumat proqram vasitəsilə qolbağa yüklənilir. Bundan sonra artıq həkim həmin xəstənin yanına gələndə, planşeti xəstənin qolunda olan qolbağa yaxınlaşdırmaqla bütün lazımi məlumatları əldə edə bilər.

Qeyd edək ki, bir neçə gün əvvəl MNX-nın əsaslı təmir olunub və yenidən qurulmuş Ürək və damar xəstəlikləri, Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbələri istifadəyə verilib. Təmir zamanı həmçinin 24 saat xidmət edəcək potensiala malik olan Angioqrafiya bölməsi də yenidən quruldu. 22 oktyabr 2013-cü ildə keçirilən rəsmi açılışda Azərbaycan Respublikasının Səhiyyə Naziri professor Oqtay Şirəliyev iştirak etdi.

XƏBƏR LENTİ