14:42 Cümə Axşamı, 20 Sentyabr 2018
KRİMİNAL

Məşhur avtoritetin qardaşı oğlunu restoranda güllələdilər - VİDEO

14:52, 30.12.20175396
Məşhur avtoritetin qardaşı oğlunu restoranda güllələdilər - VİDEO
Həbsdə olan türkiyəli avtoritet Alaattin Çakıcının qardaşı oğlu Adem Çakıcı İstanbulda bir otelin restoranında güllələnib.

AZXEBER.COM Milli.Az istinadən xəbər verir ki, 32 yaşlı Adem Çakıcı yan masadan qalxıb yanlarına gələn iki şəxsdən biri tərəfindən vurulub.

Şübhəlilər hücumdan sonra oteldən çıxaraq boz  rəngli bir avtomobilə minərək qaçıblar. Hadisə yerinə xeyli sayda polis və təcili yardım briqadası cəlb olunub. Yaralıya ilk tibbi yardım göstərildikdən sonra vücuduna 5 güllə dəyən Adem Çakıcını xəstəxanaya çatdırıblar. Adem Çakıcı reanimasiyaya yerləşdirilib.

Polis istintaqa başlayıb.

XƏBƏR LENTİ