17:25 çərşənbə, 26 Sentyabr 2018
İDMAN

Məşhur futbolçu 9 il azadlıqdan məhrum edildi: Qızı zorladığına görə

17:31, 24.11.20173222
Məşhur futbolçu 9 il azadlıqdan məhrum edildi: Qızı zorladığına görə

Braziliya yığması və "Milan” klubunun sabiq futbolçusu Robinyo qrup şəklində zorlamada iştiraka görə 9 il müddətinə azadlıqdan məhrum edilib.

 
AZXEBER.COM xəbər verir ki, hadisə 22 yanvar 2013-cü il tarixində Milan şəhərində baş verib.

Bu gün Milan məhkəməsi 33 yaşlı futbolçunu və daha 5 nəfəri 22 yaşlı alban qızı qrup şəklində zorlamada müqəssir bilib.

Robinyo ötən ildən Braziliyanın "Atletiko Mineyro” klubunda çıxış edir. O, bu komandaya Çinin "Quançjou Everqrand” komandasından keçib. Robinyo 2010-2015-ci illərdə "Milan”ın forvardı olub. Futbolçu karyerası ərzində "Santos”, Madrid "Real”ı və "Mançester Siti”də çıxış etməyə də macal tapıb.
XƏBƏR LENTİ