17:20 Bazar Ertəsi, 18 Iyun 2018
TOP4

Məşhur ispan nəşri "Qarabağ"ı erməni klubu adlandırdı - FOTO

09:57, 20.10.20172468
Məşhur ispan nəşri
İspaniyanın məşhur "Mundo Deportivo" idman nəşri kobud səhv buraxıb.
 
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, nəşr "Atletiko"nun futbolçusu Yannik Karraskos haqda dərc etdiyi yazıda Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi "Qarabağ"ı "erməni klubu" adlandırıb.
 
""Çolo"nun uşaqları ("Atletiko"nun baş məşqçisi Dieqo Simeonun ləqəbi - qeyd.) ötən gecə erməni "Qarabağ"ına qarşı oynadı - hansı ki, kağız üzərində tamamilə keçilən görünürdü. Ancaq "Atletiko" qol vura bilmədi, Avropada ikinci dəfə heç-heçə oynadı və bununla da öz pərəstişkarlarını məyus etdi", - yazıda bildirilir.
 
Xatırladaq ki, "Qarabağ"-"Atletiko" matçı - çərşənbə günü Bakı Olimpiya Stadionunda oynanılıb və qolsuz bərabərliklə yekunlaşıb.
 

XƏBƏR LENTİ