22:39 çərşənbə, 16 Yanvar 2019
Maqazin

Məşhur müğənni İnstagram-da rüsvay oldu, söyüldü, üzr istədi

20:09, 09.01.20194786
Məşhur müğənni İnstagram-da rüsvay oldu, söyüldü, üzr istədi
Populyar avstraliyalı müğənni İqqi Azaliya onu kökəlməkdə və izafi çəkidə suçlayanlara İnstagram-dakı profilində cavab verib.

28 yaşlı müğənni yeni fotolarını paylaşaraq yazıb: "Kökəlməmişəm, baxın... Əksinə, arıqlamağa başlamışam".

Daha sonra o, "dindarlara sayğı ilə yanaşdığını" yazıb.

Müğənni həftənin ilk günündə İngiltərənin "Cradle of Filth" hevi-metal qrupunun loqotipi olan maykada şəkil çəkdirərək İnstagram-da paylaşmışdı.

Maykanın sinəsində cinsi əlaqədə olan rahibə rəsmi, "Lənətə gəlsin İsa!" yazısı və söyüş vardı. Bu fotoya görə İqqi Azaliya İnstagram-da sərt tənqid olunub. Onu aşağılayıblar, söyüblər.

Bəraət qazanmaq üçün Azaliya ertəsi gün önünə "Müqəddəs Ruh" yazılmış mayka geyinərək fotosunu çəkmiş, şəklini İnstagram profilində paylaşmışdı.
 
///Milli.Az
XƏBƏR LENTİ