Məşhur pankartın sahibi: “Növbəti oyunda daha maraqlı bir şey edəcəm”

21 Oktyabr 2017, 15:58
AAA

Çempionlar Liqası qrup mərhələsinin III turunda "Qarabağ” – "Atletiko” qarşılaşmasında bir neçə azarkeşin açdığı pankart qısa müdətdə medianın gündəmini zəbt edib. Türkiyənin məşhur "Sabah” qəzetinin yazarı Mevlut Ezelin bu hadisəyə "En ezik pankart” adı ilə material hazırlayıb yayımlaması ölkədə birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı "Qarabağ”ın rəsmiləri öz mövqeyini bildirib və bundan sonra həmin xəbər Türkiyə saytından silinmişdi.

Qısa müddətdə məşhurlaşan pankartın müəllifini tapıb onun da məsələ ilə bağlı mövqeyini öyrənmək istədik. Asan olmasa da, gündəmdəki adamı – Mahir Məmmədovu tapdıq və fikirlərini öyrəndik.

AZXEBER.COM saytı xəbər verir ki, Korner.az-a danışan azarkeş "Qarabağ”ı çox sevdiyini və bu addımı ürəkdən istəyərək atdığını deyib:

"Övladlarımla "Qarabağ”ın və milli komandanın oyunlarına gedirəm. Hər dəfə maraqlı bir şeylə yadda qalmaq istəyirdim. Sevdiyim komandaya dəstək olmaq arzum idi. Övladlarıma bununla stimul verirəm. Bizim ailə futbol azarkeşidir. Övladlarım futbolla məşğul olurlar. Evimizdə böyük bayraqlarımız var”.

Mahir bəy tribunada onlarla olan azarkeşlərin bu addımı maraqla qarşıladığını bildirib:

"Yanımızda olan azarkeşlər bizə baxırdılar və onların bu ideya xoşuna gəldi. Övladlarım Fuad, Murad və dostum Fəridin köməkliyi ilə dəstək olduq. "B” hərfini tutan oğlumun 10 yaşı var, "A” və "Ğ” hərflərini tutan oğlum isə 12 yaşındadır”.

"Qarabağ”ın azarkeşi Türkiyənin "Sabah” qəzetinin bu yazıya münasibətinin ona pis təsir etdiyini bildirib:

"Komandamıza dəstək olmaq istədik. Düşünməzdik ki, belə səs-küy yarada biləcək. Heç bu ideyanı fikirləşəndə məşhurlaşacağını ağlıma gətirməmişdim. Türkiyəli jurnalistin bu cür münasibətinə üzüldüm. Axı bizim məqsədimiz sadəcə dəstək olmaq idi. Anlamıram ki, onun belə yazı yazmaqda məqsədi nə idi? Təəssüf ki, onun da düşüncəsi budur. Çox heyif. Belə məsələdə "Qarabağ” klubu azarkeşlərə dəstək olsa, yaxşı olar. Mən gözləyirdim ki, oturacaqlarda bayraqlar olacaq. Təəssüf ki, olmadı. Sanki sponsorları pul xərcləmək istəmir. Fan klublarımıza gəlincə onlar da əlindən gələni edirlər. Sadəcə dəstək lazımdır”.

Mahir bəy bütün bunlara baxmayaraq növbəti oyuna da fərqli bir şey düşündüyünü deyib:

"Mənim məqsədim komandama fərqli dəstək olmaqdır. "Çelsi” ilə oyunda daha effektli və maraqlı xareoqrafiya hazır etməyi düşünürəm. Ağlımda ideyalar var və edəcəm. Nə olduğunu deyə bilmərəm, ancaq Azərbaycana və "Qarabağ”a aid olacaq”.

Açdığı pankartla məşhurlaşan azarkeş son olaraq bunları qeyd edib:

"Bakıya gəldiyim gündən – 2013-cü ildən "Qarabağ”ın oyunlarını izləyirəm. Avroliqa və Çenmpionlar Liqası matçlarının hamısını stadiondan izləmişəm. Təəssüf ki, iş vaxtına görə Premyer Liqa oyunlarında "Qarabağ”a stadiondan dəstək ola bilmirəm. Ancaq bütün matçları canlı olaraq TV-dən izləyirəm”.




Oxunma sayı : 717

SON XƏBƏRLƏR
Qənirə Paşayeva Milli Məclisdə tələbələrin problemlərindən danışdı - 21 Noyabr 2017, 21:52
Sabah Bakının bir hissəsi təbii qazsız qalacaq - 21 Noyabr 2017, 20:23
İordaniyada pişiyi dövlət işinə götürdülər - 21 Noyabr 2017, 19:54
Deputatdan Elman Rüstəmova irad: “Azərbaycanda bank sistemi dağılır” - 21 Noyabr 2017, 19:51
Ən təhlükəli parollar açıqlandı - 21 Noyabr 2017, 19:28
General: “Qarabağ”-ın oyununda təhlükəsizlik təmin olunacaq - 21 Noyabr 2017, 19:06
Fədayə Laçın ev dustağı olmaq istəyir - 21 Noyabr 2017, 18:45
Dövlət müşavirləri vəzifəsi ləğv edildi – SƏRƏNCAM - 21 Noyabr 2017, 18:21
Azərbaycanda üçəm doğuldu: Mehriban, Leyla, Arzu - 21 Noyabr 2017, 17:42
Sevinc Ağasıyeva: "Bu işdən çox böyük zövq aldım" - FOTOSESSİYA - 21 Noyabr 2017, 17:38
Ərdoğan: Kim nə qədər istəyir narahat olsun, biz AES tikəcəyik - 21 Noyabr 2017, 17:23
"Banklar vətəndaşlara kömək etsin" - Siyavuş Novruzov - 21 Noyabr 2017, 17:15
Azərbaycanlı futbolçu həbs edildi - İran vətəndaşını qarət etdiyi üçün - 21 Noyabr 2017, 16:53
Yeni Azərbaycan Partiyasının yaradılmasından 25 il ötür - 21 Noyabr 2017, 16:47
“BakuBus”ın avtobusu gənc qızı vurdu - 21 Noyabr 2017, 16:46
İqtisad Universitetinin rektoru Ədalət Muradov Təhsil Naziri olmaq istəyir - 21 Noyabr 2017, 16:32
"Xarici şok baş verməzsə, valyuta bazarında sabitlik qorunacaq" - Elman Rüstəmov - 21 Noyabr 2017, 16:27
Suraxanıda körpə meyiti aşkarlandı - 21 Noyabr 2017, 16:23
"Bəzi səfirliklər bağlansın" - Deputatdan tələb - 21 Noyabr 2017, 16:21
İDDİA! Hüseyn Abdullayev "Azərsun"a basqın edib: biznesmen döyülüb, seyfindən 180 min dollar aparılıb? - AÇIQLAMA - 21 Noyabr 2017, 16:06
"Dəmirbank"a depozit qoymaq istəyənlərin milyonları mənimsənildi - 21 Noyabr 2017, 16:02
"Mənimlə yatın, yaxşı qiymət yazım" - əxlaqsız müəllimdən təklif - 21 Noyabr 2017, 16:00
Gəncədə “Bugünkü yatırım sabaha inamdır” gənclər üçün məşğulluq layihəsi həyata keçiriləcək - 21 Noyabr 2017, 15:57
“4 dil bilir, ona görə fikrini səhv ifadə edib” - Vaqif Əsədov - 21 Noyabr 2017, 15:53
Bu filmdə İrəvanın orta əsr Azərbaycan şəhəri olması faktı təsdiqlənir - VİDEO - 21 Noyabr 2017, 15:50
Mətanətin qızının Antalyadakı toyundan - FOTOLAR + VİDEO - 21 Noyabr 2017, 15:46
“ASAN Radio” Gəncədə yayıma başladı - 21 Noyabr 2017, 15:44
Bakıda daha bir avtobusun hərəkət trayektoriyası dəyişdi - 21 Noyabr 2017, 15:40
"Çelsi" Bakıda 150 polisin mühafizəsi altında məşq edəcək - 21 Noyabr 2017, 15:32
Lənkəranda “zapravka”da yanğın - Yaralananlar var - 21 Noyabr 2017, 15:25
Azərbaycanlı məşhurlar gömrük işçilərinə qarşı: "Bu adamların tərbiyəsizliyinə nə vaxt son qoyulacaq?" - 21 Noyabr 2017, 15:04
"Əlimdə olan futbolçular məni qane edir" - Qurban Qurbanov - 21 Noyabr 2017, 14:31
Azərbaycan sərt pul siyasət yürüdəcək - 21 Noyabr 2017, 14:16
Konte: ""Qarabağ" son 2 oyunda əla çıxış edib" - 21 Noyabr 2017, 14:13
“Heydər Əliyev bizə müasir Azərbaycanı bəxş edib” - Deputat - 21 Noyabr 2017, 14:03
Sürücüləri hər gün bezdirən siğorta şirkətləri: Nömrələrimizi onlara kim satır? - 21 Noyabr 2017, 13:56
Əliyar Ağayev "Beşiktaş" - "Portu" oyununda - 21 Noyabr 2017, 13:42
Azərbaycanlı manyakdan dəhşətli etiraflar: "Adam ətindən qutab bişirib vağzalda satırdıq" - VİDEO - 21 Noyabr 2017, 13:22
“Alkoqollu içkilər və siqaretin qiyməti iki dəfə arta bilər” - Maliyyə naziri - 21 Noyabr 2017, 13:22
Sabah bəzi yerlərdə sulu qar yağacaq - 21 Noyabr 2017, 13:14
Azərbaycan dövləti Rasim Balayevi müalicə üçün Türkiyəyə göndərir - 21 Noyabr 2017, 12:52
Bəstəkarlar İttifaqında Qənirə Paşayeva ilə görüş keçirildi - 21 Noyabr 2017, 12:48
"Qarabağ danışıqları tezliklə başa çatmayacaq” - Lavrov - 21 Noyabr 2017, 12:36
Yasəmən Əliyeva ilə bağlı yazı təkzib edildi – “Şikayətçi” “itib” - 21 Noyabr 2017, 12:29
“Yalandır, 1000 manat yox, 160 manat pensiya alıram” - Rasim Balayev - 21 Noyabr 2017, 12:21
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10