16:51 Bazar Ertəsi, 17 Fevral 2020
Maqazin

Məşhur türk aparıcı altı il sonra komadan ayıldı

10:16, 21.01.20204463
Məşhur türk aparıcı altı il sonra komadan ayıldı
2014-cü ildən komada olan Türkiyənin məşhur aparıcısı Kənan İşıkın vəziyyəti yaxşılaşıb.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, 72 yaşlı aparıcı artıq müalicəsini evdə davam etdirir. 

Beril İşıq həyat yoldaşının deyilənləri eşitdiyini, amma reaksiya vermədiyini bildirib: "Hazırda evə müalicələri davam edir. Artıq gözləri ilə ünsiyyət qura bilir. Bəzən bütün günü əlil arabasında otura bilir. Hətta sərbəst olaraq özünü dik şəkildə saxlaya bilir. Əvvəl bunların heç birini edə bilmirdi". 
Kənan İşık "Kim milyoner olmak ister?" intellektual şousunun aparıcısı kimi tanınıb. 

Qeyd edək ki, Kənan İşık 2014-cü ilin martın 21-də "Renaissance İstanbul Bosphorus Otel"in saunasından çıxarkən ayağı sürüşüb və başı yerə dəyib.
XƏBƏR LENTİ