05:39 Cümə Axşamı, 20 Sentyabr 2018
Maqazin

Məşhurların rol aldığı “Qız qaçırtma” filminin təqdimatı olacaq

15:38, 15.12.20172979
Məşhurların rol aldığı “Qız qaçırtma” filminin təqdimatı olacaq
Xəbər verdiyimiz kimi dekabrın 21-i kinoteatrlarda "Qız qaçırtma” adlı yeni film nümayiş olunacaq.
 
AZXEBER.COM xəbər verir ki, xalq artisti Hacı İsmayılov, aktyorlar Fərda Amin, Elşən Hacıbabayev, Kənan Yusif, müğənnilər Sevil-Sevinc Səfərovalar və Damlanın rol aldığı ekran işi haqda filmin quruluşçu rejissor Rüfət Şahbazov ətraflı məlumat verib: "Filmin hazırlıq müddəti təxminən 2 ay oldu. Filmin çəkiliş müddəti isə 1 aydan çox vaxt apardı. Təbii ki, arada fasilələr verməli olurduq. Çünki ekran işində ekşn səhnələr var. Eyni zamanda da ağır çəkilişlər olduğu üçün isti hava bizə maneələr törədirdi. Aktyor heyətimiz çöllükdə tozun içində çox əziyyət çəkdilər”.
 
R.Şahbazov aktyorların obrazlarından da söz açıb: ""Qız qaçırtmada” Fərda Amin "Təzə kişi”, Kənan Yusif "Məlik”, Elşən Hacıbabayev isə "Məmməd” obrazını canlandırır. Müğənnilərə gəldikdə isə Damla xanım "Qız qaçırtma” şirkətinin müdiri, Sevil-Sevinc isə imkanlı bir adamın qızları "Günay-Gülay” rollundadır. Onların atası isə xalq artistimiz Hacı İsmayılovdur. Kiçik obrazlar əslind çoxdur. Buna baxmayaraq həmin rollara da əsas rola çəkilə biləcək şəxsləri cəlb etmişik”.
 
Quruluşçu rejissor təqdim olunan komediyalarla rəqabətdən də danışıb: "Çəkdiyimiz filmə inanırıq. Ssenarini Fariz Əliyev, Kənan Yusif və Süleyman Süleymanzadə yazıb. Əsas məsələ odur ki, ssenari yazılanda digərləri kimi gülüş üzərində yazılmayıb. Birinci hekayə tapıldı daha sonra isə dramaturqi xətti düzgün quruldu. Yəni filmin yazar qanunlarına görə əməl olunub. Çalışdıqki ekran işimizi-gücümüzü ancaq gülüşə yönləndirməyək. Bir sözlə yayımlanan filmlərin demək olar ki, hamısından seçiləcək”. Rüfət Şahbazov çəkiliş zamanı müğənnilərin performası haqda da fikir bildirib: "Çoxları bizim aktyorlara güvənmir. Deyirlər ki, Sevil-Sevinc, Damla müğənnidir. Onları çəkmisiz. Sizi inandırım ki, filmi izləyəndən sonra onların aktyorluq qabiliyyətinə tamaşaçılar özü qiymət verəcək. Ümumiyyətlə isə müğənni və ya aparıcı aktrisa etmək, onu obraza salmaq üçün xüsusi müəllimlər təyin olunur. Bu bütün dünyada belədir. Biz isə Xəzər Media Mərkəzində məşqlər keçirdik. Bir neçə dəfə gəlib, getdilər. Daha sonra isə çəkilişlər başladı. O zaman onların üzərində bir az əziyyət çəkdik. Allaha şükür ki, keyfiyyətli iş alındıra bildik”.
 
O, filmlərdə əsasən aktyorların çəkilməli olduğunu bildirib: "Mən düşünürəm ki, film və seriallara əsasən aktyorlar çəkilməlidir. Bizim ekran işimizdə də yük aktyorların çiyninə düşür. Bu tip filmlərdə akademik bir şey axtarmağa dəyməz. Çünki sırf kommersiya cəhətdən çəkilir.Biz bununla ölkəmizi xaricdə təmsil etmirik. Sadəcə olaraq Yeni il ərəfəsində hamının baxıb əylənəcəyi bir ekran işidir”.
XƏBƏR LENTİ