03:45 çərşənbə, 19 Dekabr 2018
İDMAN

Messi: "Özümü televizordan izləməyi sevmirəm"

21:48, 17.09.20185565
Messi:
"Barselona"nın və Argentina millisinin hücumçusu Lionel Messi Kataloniya radiosuna maraqlı açıqlamalar verib.

AZXEBER.COM komanda.az-a istinadən xəbər verir ki, ulduz futbolçu özünü televizordan izləməyi sevmədiyini deyib:

* Heç vaxt oyunlarımı izləmirəm. Özümü televizordan izləməyi, keçmişdə olanları xatırlamağı sevmirəm. Daim iləriyə baxmağı üstün tuturam.

* Futbol oyunlarını izləməyi sevirəm. Hər çempionatı izləyirəm, La Liqanı izləməyə cəhd edirəm. Saat fərqinə baxmayaraq, Argentina çempionatını və Libertadores kubokunun oyunlarını izləyirəm.


 
* 17 yaşımda futbola başlayanda başqa mövqedə, başqa cür oynayırdım. İllər keçdikcə futbol dəyişir. Mənim də dəyişməyim lazım idi. Bu vəziyyət oyunumu inkişaf etdirməyimdə işə yaradı.

* Ən çox inkişaf edən isə son ötürmələrimdir. Keçən il bir çox məhsuldar ötürmələrin müəllifi oldum. Bu məsələdə özümü çox inkişaf etdirdim. Cərimə zərbələri haqqında da çox şey öyrəndim. Hər gün zərbələrimi yaxşılaşdırmağa çalışıram.

* Penaltilərdə daha effektli olmaq istəyirəm. Həqiqətən də, çox çətindir. Məşqlərdə penalti vurmaqla oyunda vurmaq eyni deyil.
XƏBƏR LENTİ