00:43 çərşənbə, 24 Oktyabr 2018
SOSİAL

Mətanət: "ANS-dəkilər kimi bir üzünə tüpürüb, o birini üzünü silib çevirənlərdən deyiləm"

15:52, 29.09.201618734
Mətanət:
ATV telekanalının aparıcısı Mətanət Əliverdiyeva ANS telekanalının bağlanmasına münasibət bildirib.
 
AZXEBER.COM xəbər verir ki, M.Əliverdiyeva axsam.az-a müsahibəsində jurnalistin "Yanğın zamanı dediyiniz sözlərə görə ANS sizinlə bağlı süjet hazırlamışdı. 18 il bu kanalda çalışmısınız. ANS-in bağlanmasını eşidəndə nə hiss etdiniz?" sualını belə cavablandırıb:
 
"Heç bir hiss keçirmədim. Məndə hiss qoymuşdular ki? Allah köməkləri olsun. Allah hamının yerini göstərəndir. Qismətləri bura kimidir. Mənimlə bağlı süjet yayımlayanda, heç birinə zəng vurmadım. Bu da mənim böyüklüyüm idi. ANS-ə bir gələn, bir də gedən sevinirdi. Bir dəfə adi bir reklam mətni oxudum. Böyük mübahisəmiz düşdü. İşçi beş manat artıq qazananda nə olar? Cılız insan onu şişirdib böyüdər. Oradakı . Məni nə qədər geri çağırdılar. Elə bir yüksək məvacib dedilər ki... İstəmədim.

Pula görə mənliyimi satmaram. Qeyri-mümkün idi ora qayıtmaq. İndi arxamda gözəl rəhbərlərim var - Vüqar və Rauf müəllim. (Kanalın prezidenti Vüqar Qaradağlı və vitse-prezident Rauf Dadaşovu nəzərdə tutur - red.) Valideynlərim yoxdur. Onlar pis günümdə mənə ata-ana oldular".
XƏBƏR LENTİ