21:56 çərşənbə, 17 Oktyabr 2018
İQTİSADİYYAT

“Mətanət A”şirkəti Cocuq Mərcanlıda aparılan tikinti-quruculuq işlərinə dəstək verəcək

12:24, 06.10.20185751
“Mətanət A”şirkəti  Cocuq Mərcanlıda aparılan tikinti-quruculuq işlərinə dəstək verəcək
"Mətanət A” şirkəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə həyata keçirdiyi Böyük Dönüş” layihəsi çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış istixanalarda və arıçılıq təsərrüfatlarında istehsal edilən məhsulların satışı ilə bağlı keçirilən tədbirdə iştirak edib.
 
Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində birgə layihələrin icrasının Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin daha bir nümunəsi olduğunu vurğulayıb. Nazir müavini belə layihələrin icrasının kəndlərdə məşğulluğun təmin olunmasında, rayonun sosial-iqtisadi inkişafı sahəsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.

"Böyük Dönüş” layihəsi çərçivəsində Cocuq Mərcanlıda aparılan tikinti-quruculuq, yeni istehsal sahələrinin yaradılması, ixstixanaların qurulması, kənd təsərrüfatının müxtəlif sahələrinin təkmilləşdirilməsi istiqamətində "Mətanət A” şirkəti də istehsal etdiyi məhsullarla dəstək göstərəcəkdir. Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan şirkət ən son texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsulları ilə Cocuq Mərcanlıda yeni sənaye sahələrinin yaradılmasında öz tövhəsini verəcək.
 

 

 


XƏBƏR LENTİ