Mətbuat Şurası ÜAK-la bağlı Rusiyanın media təmsilçilərinə müraciət edib

13 May 2017, 11:57
AAA

Mətbuat Şurası Azərbaycan jurnalistləri adından Rusiyanın media təmsilçilərinə müraciət edib.
 
Mətbuat Şurasından APA-ya verilən məlumata görə, müraciətdə deyilir ki, uzun tarixi dövr ərzində ən müxtəlif sahələrdə təşəkkül tapmış qarşılıqlı dostluq əlaqələri Rusiyada çoxsaylı Azərbaycan diaspor qurumlarının formalaşmasına şərait yaradıb:
 
"Hazırda dünya azərbaycanlılarının diaspor təşkilatları sırasında xüsusi yer tutan Ümumrusiya Azərbaycanlıları Konqresi də müasir dövrdə Rusiya və Azərbaycan xalqları arasındakı mehriban qonşuluq münasibətlərinin qurulması və inkişafında həlledici rol oynayıb. Bu xidmət yalnız Azərbaycanda deyil, Rusiyanın özündə də hər zaman yüksək qiymətləndirilib”.
 
Müraciətdə bildirilir ki, ÜAK hər zaman olduğu kimi missiyasına sadiqdir: "Lakin təəssüf ki, son zamanlar qurumla bağlı xəbərlər ürəkaçan deyil. Rusiya hakimiyyətində olan bəzi anti-azərbaycançı və ermənipərəst qüvvələr ciddi cəhdlə təşkilatın hüquqi baxımdan ləğvinə çalışmaqdadırlar. Onların işbirliyinin nəticəsidir ki, RusiyanınƏdliyyə Nazirliyi ÜAK-ın dövlət qeydiyyatının ləğvi üçün ölkənin Ali Məhkəməsinə müraciət ünvanlayıb”.
 
Azərbaycan jurnalistlərinin vahid özünütənzimləmə qurumu olan Azərbaycan Mətbuat Şurası bildirir ki, əgər ÜAK-ın dövlət qeydiyyatı ləğv olunsa və qurum fəaliyyətini dayandırsa, bu, ilk növbədə tarixən formalaşmış və xoş ənənələrə malik Azərbaycan-Rusiya münasibətlərinə təsir göstərəcək: "Biz iki qonşu dövlət arasındakı əlaqələrə hər hansı formada ziyan gəlməsinin yolverilməzliyi qənaətindəyik və inanırıq ki, hər iki ölkə ictimaiyyətinin mütərəqqi kəsimi düşüncəmizi bölüşür”.
 
Qeyd olunur ki, bu gün azərbaycanlılar Rusiyanın ictimai-siyasi, mədəni və iqtisadi həyatında, ən müxtəlif sahələrdə aktiv fəaliyyət göstərirlər: "Onlar seçkilərdə iştirak edib ölkənin müqəddəratını müəyyənləşdirir, vergi ödəyicisi kimi üzərilərinə düşən vəzifələri yerinə yetirirlər. Bütün bu fəaliyyətin ilhamvericisi qismində ÜAK çıxış edib və tutduğu yola hər zaman sadiqdir. Belə bir təşkilatın dövlət qeydiyyatının ləğvi şübhəsiz ki, azərbaycanlılarda xoşagəlməz ovqat formalaşdıracaq, ciddi narahatlıq doğuracaq. ÜAK-ın fəaliyyətinin dayandırılması məsələsi habelə polietnik struktura malik Rusiyada yaşayan digər azsaylı xalqlar üçün də xoşagəlməz presedent kimi qəbul ediləcək. Biz media təmsilçiləri olaraq bu durumun yaranmasını qətiyyən arzulamırıq. Biz Azərbaycan jurnalistləri Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçiliyinin hər hansı şəkildə zədələnməsinə qarşıyıq. Düşünürük ki, ermənipərəst qüvvələrin əli ilə dövriyyəyə buraxılmış ÜAK-ın fəaliyyətinin dayandırılması kimi nalayiq kampaniyanın kökündə bu motiv də dayanmaqdadır. Buna görə də Rusiya ictimaiyyətinin aktiv kəsiminə - mühüm söz sahibi olan jurnalist həmkarlarımıza üz tuturuq. Azərbaycan Mətbuat Şurası, ümumilikdə Azərbaycan jurnalistləri rusiyalı həmkarlarımızı, Rusiyanın media ictimaiyyətini müxtəlif siyasi oyunların məntiqi nəticəsi kimi gündəmə gətirilmiş ÜAK-ın ləğvi məsələsinə sərt reaksiya verməyə, əsl həqiqəti bəyan və müdafiə etməyə çağırırıq. Həqiqət isə bundan ibarətdir ki, ÜAK heç bir halda Rusiya qanunvericiliyinə zidd fəaliyyət göstərə bilməz. Qurum üzərinə düşən öhdəliklərə azsaylı xalqlara məxsus digər təşkilatlardan daha intizamlı şəkildə yerinə yetirib və yetirəcəkdir. Rusiya qanunlarına, Azərbaycan və Rusiya arasındakı tarixi dostluq və qonşuluq əlaqələrinin inkişafına sədaqət xəttinin hər hansı alternativi yoxdur. İnanırıq ki, Rusiya jurnalistləri olaraq sizlər bu müraciətimizi həssaslıqla qarşılayacaq, ÜAK-ın dövlət qeydiyyatının ləğvinə və fəaliyyətinin dayandırılmasına yönələn kampaniyanın qarşısının alınmasında aktiv iştirak edəcəksiniz”.

 
 


Oxunma sayı : 176

Loading...
SON XƏBƏRLƏR
Mehdiabad-Balaxanı avtomobil yolunda hərəkət məhdudlaşdırılır - 22 Avqust 2017, 22:14
Ağcabədidə avtomobil hasara çırpılıb, xəsarət alanlar var - 22 Avqust 2017, 21:40
Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib - 22 Avqust 2017, 20:49
Sumqayıtda 5 yaşlı qızın quduzluqdan ölməsi ilə bağlı yekun rəyi açıqlanıb, həkimlər cəzalandırılıb - 22 Avqust 2017, 20:05
22 yaşlı Cəlilabad sakini beynəlxalq axtarışa verildi-FOTOLAR - 22 Avqust 2017, 19:03
Elmar Novruzova general-mayor ali hərbi rütbəsi verildi - 22 Avqust 2017, 18:19
Lerikdə üç nəfərin ölümü ilə nəticələnən yanğına görə ailənin oğlu saxlanılıb - 22 Avqust 2017, 18:05
"Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz" - Dini komitə - 22 Avqust 2017, 18:01
Dolların sabaha olan məzənnəsi açıqlandı - Rəsmi - 22 Avqust 2017, 17:42
Lənkəranda sakinlərdən gözlənilməz addım - "Azərişıq" məxsus avtomobili yandırdılar - 22 Avqust 2017, 17:27
Avtobus sürücüsünü tapança ilə hədələyən şəxsin üzərindən narkotik tapıldı - RƏSMİ - 22 Avqust 2017, 17:18
Keçmiş MTN generalının məhkəməsində DTX əməkdaşı ifadə verdi - 22 Avqust 2017, 17:16
Kərəm Həsənov Fərhad Əliyevi necə bitirdi? - TƏFƏRRÜAT - 22 Avqust 2017, 17:10
“Dəmir Bank”da nə baş verir? - Dəhşətli ittihamlar - 22 Avqust 2017, 16:58
“Johnson&Johnson”un pudraları xərçəng yaradır - Şirkət cərimələndi - 22 Avqust 2017, 16:45
Azərbaycanda kredit təşkilatı vəfat etmiş müştərini məhkəməyə verdi - 22 Avqust 2017, 16:26
Türkiyənin bələdiyyə məclis üzvləri Tovuzda ön cəbhədə olub - 22 Avqust 2017, 16:21
Qurban bayramında ətin qiyməti ilə bağlı nazirlikdən AÇIQLAMA - 22 Avqust 2017, 16:15
Dənizdə batan 25 yaşlı Kərimin - FOTOLARI - 22 Avqust 2017, 16:07
Nazirlik bələdiyyə sədrini cərimələdi - 22 Avqust 2017, 16:00
“Kopenhagen – Qarabağ” oyunu bu kanalda yayımlanacaq - 22 Avqust 2017, 15:52
Güləşçimiz erməni idmançıya qalib gəldi - 22 Avqust 2017, 15:43
Geyimi xalq artistinin başına oyun açdı - FOTO - 22 Avqust 2017, 15:38
Bakıda hovuzda gənc oğlan batdı - 22 Avqust 2017, 15:36
Azərbaycanlı məşhurlar Elçibəy haqda nə düşünür? - 22 Avqust 2017, 15:20
Bakıda evə basqın: Ev sahibi döyüldü - 22 Avqust 2017, 15:19
Türkiyəli müğənni azərbaycanlı musiqiçi ilə çalışacaq - 22 Avqust 2017, 15:12
"Televiziya verilişlərinin reytinqini ölçən təşkilatların fəaliyyəti qeyri-şəffafdır" - MTRŞ sədri - 22 Avqust 2017, 15:02
Bakının mərkəzində məşhur mağaza yanır - FOTO - 22 Avqust 2017, 14:44
Bu restoranda aşı əl ilə yeyənə 1 ay pulsuz aş veriləcək - FOTO - 22 Avqust 2017, 14:29
Azərbaycana nə qədər ərəb gəlib? - Rəsmi açıqlama - 22 Avqust 2017, 14:19
"Bacanaqlar"ın "Məhəbbət"i ATV-dən pula görə ayrılıb - TƏFƏRRÜAT - 22 Avqust 2017, 14:10
Azərbaycanda daha bir körpə ölümü - 22 Avqust 2017, 13:47
Bu mahnı “Bir an”da hitə çevriləcək - FOTO+VİDEO - 22 Avqust 2017, 13:36
“Ərimdən boşanma xəbərim şou idi” – Mətanət ailəsindən danışdı (MÜSAHİBƏ) - 22 Avqust 2017, 13:23
İki cinsi orqanla doğulan körpəni quyuya atmaq istədilər - "Şeytan kimi doğuldu" - 22 Avqust 2017, 13:03
İsmayıllıda kütləvi dava: 4 nəfər bıçaqlandı - 22 Avqust 2017, 12:51
Bankomatlardan pensiyaçıların pulunu oğurlayan şəxs tutuldu - VİDEO - 22 Avqust 2017, 12:27
Sabah 39 dərəcə isti olacaq - 22 Avqust 2017, 12:22
Bakı metrosunda inanılmaz hadisə: Yuxulu olan maşinist qatarı saxlaya bilmədi - 22 Avqust 2017, 12:07
Ziya Məmmədova cinayət işi açıla bilər - 22 Avqust 2017, 11:50
Bələdiyyə sədrinə "məcburi göstəriş" - Zibillər təmizlənsin - 22 Avqust 2017, 11:21
Tovuzda oğlan əmisi arvadının əlini və ayaqlarını sındırdı - 22 Avqust 2017, 11:03
Axtarış-Xilasetmə qərargahı: "Dənizdə neftçi meyiti tapılıb" - 22 Avqust 2017, 10:55
Gəncədə intihar etmək istəyən şəxsi xilas edib, döydülər - VİDEO - 22 Avqust 2017, 10:37
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10