Mətbuat Şurası Mariya Zaxarova ilə bağlı bəyanat yaydı: "Yolverilməzdir"

28 Aprel 2017, 18:10
AAA
Azərbaycan Mətbuat Şurası (MŞ) Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın Azərbaycan jurnalistlərinin ünvanına söylədiyi fikirlərlə bağlı bəyanat yayıb..
 
Şuradan AZXEBER.COM-a verilən məlumata görə, bəyanatda bildirilib ki, M. Zaxarovanın azərbaycanlı jurnalistin Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən girov saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualına münasibəti, bu xüsusda Azərbaycan jurnalistlərinə ünvanladığı aşağılayıcı fikirlər təəssüf doğurur. Şura Zaxarovanın bu mövqeyini qətiyyətlə pisləyir.
 
Təşkilat hesab edir ki, M. Zaxarovanın fikirlərində aşkar nəzərə çarpan təzyiq, təhdid və təhqir meylləri onun ümumən Dağlıq Qarabağ həqiqətlərinə biganəliyindən, məsələnin həssaslığına əhəmiyyətsiz yanaşmasından və öz baxışlarını diktə etmək iddiasından irəli gəlir: "Belə mahiyyət obyektivlik axtarışında olan və bunun üçün peşə borcunu yerinə yetirən azərbaycanlı jurnalistin sualına nalayiq reaksiyanı doğurub. Azərbaycan Mətbuat Şurası bu qənaətdədir ki, hər bir jurnalist fikirlərini ifadə etməkdə, sualını ünvanlamaqda sərbəstdir. Erməni əsirliyində saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyi isə Azərbaycanı düşündürdüyü qədər Rusiyanı və bu ölkənin cəmiyyətini də düşündürməlidir. Azərbaycanlı jurnalist sualını məhz bu ictimai motivi əsas tutaraq ünvanlayıb".
 
Bəyanatda qeyd olunur ki, M. Zaxarovanın əslən azərbaycanlı olan Rusiya vətəndaşının taleyinə biganəlik kimi qiymətləndiriləcək düşüncəsi heç bir diplomatik davranış tərzinə və mənəvi normalara uyğun deyil: "Bu, yaxşı halda qeyri-peşəkarlıq və naşılıqdır. Ən böyük qeyri-peşəkarlıq və naşılıq isə xanım diplomatın bir suala cavab kontekstində bütövlükdə Azərbaycan jurnalistikasını hədəf seçməsidir. Rusiyanın mühüm dövlət qurumunda yüksək vəzifə tutan adam jurnalistlərlə adi ünsiyyəti bacarmalıdır. Onun şəxsi hiss və baxışlarını peşəkar müstəviyə daşıması əsla yolverilməzdir. Nəzərə alsaq ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı durum ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın da maraq dairəsindədir, ölkənin münaqişəyə dair həssaslığı Mariya Zaxarovanın leksikonundakı tonda olmamalıdır. Azərbaycan və Rusiya dövlətləri arasındakı əlaqələr yüksək səviyyədədir. Rusiya XİN-in mətbuat xidmətinin rəhbərinin azərbaycanlı jurnalistin Dilqəm Əsgərovun taleyi qismində Azərbaycanın haqq işi ilə bağlı sualına münasibətdə ortaya qoyduğu mövqe ikitərəfli münasibətlərin hazırkı ahənginə də heç cür uyğun deyil. İstərdik ki, Rusiyanın Xarici İşlər Nazirliyi və digər müvafiq dairələri bütün bunları mütləq qaydada nəzərə alaraq müvafiq ölçü tədbiri götürsünlər".

Oxunma sayı : 553

Loading...
SON XƏBƏRLƏR
Növbəti doğuş terroru: Gənc ana komaya düşdü - 25 İyul 2017, 14:40
Sevgilisinin anası ilə dəfələrlə sevişdi, sonda öldürdü - Azərbaycanda dəhşətli hadisə - 25 İyul 2017, 14:25
13 yaşlı oğlan 13 yaşlı hamilə qızla evləndirildi - 25 İyul 2017, 14:22
İki gün əvvəl dənizdə batan oğlanın meyiti tapıldı - 25 İyul 2017, 14:18
Ali məktəblərə II və III qruplar üzrə qəbul planı məlum oldu - 25 İyul 2017, 14:06
Azərbaycanda bu çimərliyə kişilər buraxılmır - VİDEO - 25 İyul 2017, 13:42
Adam vurub öldürən olimpiya çempionumuza cinayət işi açıldı - 25 İyul 2017, 13:40
Azərbaycanda 19 məktəbli qız abort etdirib - 25 İyul 2017, 13:37
Azərbaycanda 25 yaşlı oğul 46 yaşlı anasını döydü - 25 İyul 2017, 13:24
Baş Prokurorluq: Qanunsuz ağac kəsən şəxslər həbs ediliblər - 25 İyul 2017, 13:12
Prezident məşhur cütlüyün nikah şahidliyini etdi - FOTO - 25 İyul 2017, 12:54
Günay İbrahimlinin yeni mahnısı da plaqiat çıxdı - VİDEO - 25 İyul 2017, 12:44
"Ərim öldü, qaynıma ərə getdim, burada nə var?!" - FOTOLAR - 25 İyul 2017, 12:31
Jurnalisti qladiator və “satqın” sayanların cığallığı - 25 İyul 2017, 12:27
Yaqub Zurufçu Ermənistana getməyə hazırlaşan Ququş haqqında bütün sirləri açdı - 25 İyul 2017, 12:25
Prezident Milli Qəhrəman Salatın Əsgərovanın oğluna da ev hədiyyə edib - 25 İyul 2017, 12:16
Dəhşətli yanğında sağ qalan azərbaycanlı uşağı qubernator nəzarətə götürdü - 25 İyul 2017, 11:49
Prezidentin nəvələri istirahətdə - FOTOLAR - 25 İyul 2017, 11:35
Aşıq Samirənin bahalı maşını - FOTO - 25 İyul 2017, 11:28
Azərbaycan bayrağı söküldü, Mübariz Mənsimov əsəbiləşdi: "Ciyərini sökərəm!" - 25 İyul 2017, 11:17
Bakıda avtobus qəzası - Xəsarət alan var - VİDEO - 25 İyul 2017, 11:09
Avqustun 1-dən sürücülər üçün 50 manatlıq cərimələr olacaq - 25 İyul 2017, 11:06
Binadan yıxılan 1 yaşlı uşaq öldü - Bakıda faciə - 25 İyul 2017, 11:01
DTX beynəlxalq kibercinayətkarları ifşa etdi - 25 İyul 2017, 10:57
Azərbaycanlı iş adamı oğluna 4 gün, 4 gecə toy etdi - FOTO - 25 İyul 2017, 10:41
Gəlini döyüb, saçını qırxdılar - Samuxda dəhşət - 25 İyul 2017, 10:20
Bakıda kafedə kütləvi dava: Yaralanan var - 25 İyul 2017, 10:12
DİN vətəndaşlara müraciət etdi - 24 İyul 2017, 18:16
Sumqayıtda gəlin 3 uşağını atıb qaçdı: Əri onu axtarır – FOTO - 24 İyul 2017, 17:50
Nazirlik vakant yerlərin siyahısını açıqladı: 7640 müəllimə ehtiyac var - 24 İyul 2017, 17:45
I və IV ixtisas qruplarının imtahan nəticələrini açıqlandı: Cəmi 2 nəfər 700 bal topladı - 24 İyul 2017, 17:43
DİN-dən azyaşlı uşağı zorlamaq istəyənlə bağlı AÇIQLAMA - 24 İyul 2017, 17:35
Türkiyənin qədim Aksaray vilayətində Qarabağ parkı və Xarıbülbül abidəsinin açılışı olub - 24 İyul 2017, 17:33
Yetim Eyvazın oğlu müğənni imiş - VİDEO - 24 İyul 2017, 17:28
Qədim Kapadokyada Qarabağ küçəsinin açılışı oldu - 24 İyul 2017, 17:24
Tovuzda ağır qəza: ana ölüb, 3 övladı xəsarət alıb - 24 İyul 2017, 17:11
Arvadını yatdığı yerdə öldürdü, uşaqlarının başını çəkiclə əzdi - Dəhşətli qətlin təfərrüatı - 24 İyul 2017, 16:51
Baş Prokurorluq arvadını çəkiclə öldürən kişi ilə bağlı məlumat yaydı - 24 İyul 2017, 16:35
"Mən 18.2 kv.m sahəsi olan 1 otaqlı mənzildə 3 uşaq böyütmüşəm" - Nahid Canbaxışlı yazır - 24 İyul 2017, 16:33
15 yaşlı gəncin meyiti Kürdən tapıldı - 24 İyul 2017, 16:12
Maşallah Əhmədovun cəzası 8 ildən 2 ilə endirilib - 24 İyul 2017, 16:09
Hacıbəy Heydərli: "Prezidentin jurnalistlərə "mənim köməkçilərim" deməsi mətbuata ən böyük diqqət və qayğıdır" - 24 İyul 2017, 16:02
Bakıda ana körpəsini əmizdirərkən öldü - 24 İyul 2017, 15:35
Azərbaycanda ən yaxşı özəl universitet hansıdır? - "Facebook"da açıq sorğu başladı - 24 İyul 2017, 15:30
Nişanlısının bakirəliyini pozdu, qeyri-təbii yolla cinsi əlaqədə oldu - Oğuzda şok hadisə - 24 İyul 2017, 15:29
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10