Mətbuat Şurası Mehman Əliyevlə bağlı prezidentə müraciət etdi

25 Avqust 2017, 13:01
AAA

Azərbaycan Mətbuat Şurası "Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Mətbuat Şurasından APA-ya verilən məlumata görə, müraciətdə deyilir: "Sizin Azərbaycan mediasına, onun problem və çətinliklərinin aradan qaldırılmasına, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönələn həssas münasibətiniz ölkəmizdə mövcud istiqamətdə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu dəst-xəttiniz jurnalistlərimiz tərəfindən dərin rəğbət və ehtiramla qarşılanmaqdadır. Media ictimaiyyətimiz eyni zamanda söz və ifadə azadlığının dərinləşməsinə yönələn səmimi mövqeyinizi görür, yüksək qiymətləndirir, səsləndirdiyiniz fikirləri özünün fəaliyyət platforması kimi qəbul edir. Qətiyyətlə demək olar ki, Siz azad sözün, müstəqil fikrin müdafiəçisi olan işıqlı lidersiniz. Buna görə də jurnalistlər Sizi özlərinin dostu hesab edirlər və heç şübhəsiz, bu dostluq əbədidir.

Bildiyimiz kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin müstəqilliyi uğrunda mücadilənin geniş vüsət aldığı bir dövrdə prosesin ilhamvericisi qismində çıxış edən media orqanlarımız da təşəkkül tapmağa başladı. Bunlardan biri də "Turan” İnformasiya Agentliyidir. Agentlik həmin mərhələdə Azərbaycanla bağlı başlıca informasiya mənbələrindən biri olmaqla yanaşı, eyni zamanda daxili ictimai-siyasi mühitin formalaşmasına da mühüm töhfəsini verdi. Mövcud xüsusda "Turan”ın baş direktoru Mehman Əliyevin də əməyi vurğulanmalıdır. O özünü cəmiyyətə peşəkar jurnalist olaraq təqdim etdi.

M.Əliyevə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Hazırda o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, araşdırmalar gedir. Sizə müraciət ünvanlamaqla hər zamankı hümanizminizə, insanpərvər mövqeyinizə güvənirik. İnanırıq ki, bu mövqeyinizi "Turan” İnformasiya Agentliyinin rəhbərinə münasibətdə də görəcəyik.

Möhtərəm cənab Prezident, xahiş edirik ki, M.Əliyevlə bağlı insidentin Azərbaycan qanunları çərçivəsində ədalətli həllini tapmasına köməyinizi əsirgəməyəsiniz. Həssas yanaşmanızın yaranmış problemin aradan qaldırılmasında həlledici rol oynayacağına əminik”.



Oxunma sayı : 1663

SON XƏBƏRLƏR
Natiq Qədimovun həyat yoldaşı : “Əlvida” demirəm Natiq, görüşəcəyik...” - 25 Noyabr 2017, 00:00
“Şirin”in toyundan – FOTOLAR - 24 Noyabr 2017, 23:54
İlham Əliyevin Brüsselə səfəri başa çatıb – FOTO - 24 Noyabr 2017, 22:46
Brüssel Sammitinin Birgə Bəyannaməsində Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyünü dəstəklənib - 24 Noyabr 2017, 21:29
Hərbi Hava Qüvvələrinin taktiki təlimləri keçirilib - 24 Noyabr 2017, 20:50
Azərbaycanlı aktyor Türkiyədə əməliyyat olunacaq - 24 Noyabr 2017, 18:15
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edib - 24 Noyabr 2017, 18:14
“Beşiktaş”ın izi ilə gedəcəyik” – Qurban Qurbanov - 24 Noyabr 2017, 18:10
AFFA Cocuq Mərcanlıda mini-turnir keçirəcək - 24 Noyabr 2017, 18:09
Genişləndirilmiş “Nar” LTE şəbəkəsi artıq bölgələrdə - 24 Noyabr 2017, 17:49
Lider TV-də müzakirə: "Efirə çıxan aparıcı bakirə olmamalıdır" - VİDEO - 24 Noyabr 2017, 17:43
Dolların bazar ertəsinə olan məzənnəsi açıqlandı - 24 Noyabr 2017, 17:31
Məşhur futbolçu 9 il azadlıqdan məhrum edildi: Qızı zorladığına görə - 24 Noyabr 2017, 17:31
"Muğanbank"da "Forex" qalmaqalı: 300 minlik dələduzluq - 24 Noyabr 2017, 17:30
"Azərbaycanda cinayətlərin çox cüzi hissəsini qadına qarşı cinayətlər təşkil edir" - Nazirlik - 24 Noyabr 2017, 17:18
Pərvin Abıyeva: "Azərbaycan kişiləri kobud və köhnə fikirlidirlər, türklər kimi romantik deyillər" - 24 Noyabr 2017, 17:00
Dino Ndlovu "Qarabağ"dan gedir? - 24 Noyabr 2017, 16:53
Ramiz Mehdiyev Nikolay Patruşevlə görüşüb - 24 Noyabr 2017, 16:37
Prezident bu qanunlara dəyişiklik təklif etdi - 24 Noyabr 2017, 16:32
Bakıda avtomobil ana, ata və 2 uşağını vurub qaçdı - FOTO - 24 Noyabr 2017, 16:25
Prodüser Tolikə vəzifə verildi - 24 Noyabr 2017, 16:15
Bölgələrdə 4G-yə qoşul və Azercell-dən Hədiyyə İnternet qazan! - 24 Noyabr 2017, 15:53
Prokuror generalın oğluna 6 il həbs cəzası istədi - 24 Noyabr 2017, 15:47
Nazirlər Kabinetinin əməkdaşlarının “Prado”su aşdı - Ölən və yaralananlar var - 24 Noyabr 2017, 15:26
Ramiz Məlik də Məleykə Əsədovanı məhkəməyə verir - 24 Noyabr 2017, 15:10
“İnsanların həyatını biznesin pozitiv gücü ilə yaxşılaşdırmaq” adlı seminar keçiriləcək - 24 Noyabr 2017, 15:04
AZXEBER.COM-u sosial şəbəkələrdə izləyənlərin sayı milyona yaxınlaşır - 24 Noyabr 2017, 14:52
Qənirə Paşayeva Sudan heyəti ilə görüşdü - 24 Noyabr 2017, 14:47
"Qoca"nın qaçdığına görə həbs olunan komandirin yerinə yeni təyinat - 24 Noyabr 2017, 14:37
İŞİD-in köləsinə çevrilmiş Dilbər: "Atam bizi gətirdi... Özü edam olundu" - 24 Noyabr 2017, 14:27
"Bu uşaqdan nə istəyirsiniz?!" - 24 Noyabr 2017, 14:20
Rusiyada azərbaycanlı sahibkar özünü yandırdı - 24 Noyabr 2017, 14:16
Bu yerlərdə siqaret çəkmək qadağan olunur - Siyahı - 24 Noyabr 2017, 14:13
"Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?" - Nazir - 24 Noyabr 2017, 14:04
“Eldar Mahmudov onun evinə tapança qoydurub, həbs etdirdi” - General - 24 Noyabr 2017, 13:35
Ankarada FETÖ əməliyyatı: 79 müəllim barədə həbs qərarı - 24 Noyabr 2017, 13:27
Sabah sulu qar yağacaq - 24 Noyabr 2017, 13:05
Prezidentdən deputatla bağlı - Sərəncam - 24 Noyabr 2017, 12:56
Təcavüz olunan qız intihar etmək istədi - 24 Noyabr 2017, 12:48
İlham Əliyev NATO-nun sammitində çıxış etdi - FOTO - 24 Noyabr 2017, 12:27
Azərbaycanda nə qədər uşaq var? - Son rəqəm açıqlandı - 24 Noyabr 2017, 12:12
Azərbaycan pasportların itirilməsinə görə rüsumları artırır - QİYMƏT - 24 Noyabr 2017, 12:07
Azərbaycanda idman tədbirlərinə normadan artıq vəsait sərf olunub - 24 Noyabr 2017, 11:49
11 yaşlı qız məktəb yoldaşından hamilə qaldı - 24 Noyabr 2017, 11:32
“Ayə, harayə gedirsən?” oxuyan gənc: “Yeni mahnım Naxçıvan ləhcəsində olacaq” - 24 Noyabr 2017, 11:29
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10