Mətbuat Şurası Rusiya mediasına müraciət etdi

12 May 2017, 18:40
AAA
Azərbaycan Mətbuat Şurası Azərbaycan jurnalistləri adından Rusiyanın media təmsilçilərinə müraciət edib.

Şuradan AZXEBER.COM-a daxil olan müraciətdə deyilir:

"Uzun tarixi dövr ərzində ən müxtəlif sahələrdə təşəkkül tapmış qarşılıqlı dostluq əlaqələri Rusiyada çoxsaylı Azərbaycan diaspor qurumlarının formalaşmasına şərait yaradıb. Hazırda dünya azərbaycanlılarının diaspor təşkilatları sırasında xüsusi yer tutan Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) də müasir dövrdə Rusiya və Azərbaycan xalqları arasındakı mehriban qonşuluq münasibətlərinin qurulması və inkişafında həlledici rol oynayıb. Bu xidmət yalnız Azərbaycanda deyil, Rusiyanın özündə də hər zaman yüksək qiymətləndirilib.

ÜAK hər zamankı kimi missiyasına sadiqdir. Lakin təəssüf ki, son zamanlar qurumla bağlı xəbərlər ürəkaçan deyil. Rusiya hakimiyyətində olan bəzi anti-azərbaycançı və ermənipərəst qüvvələr ciddi cəhdlə təşkilatın hüquqi baxımdan ləğvinə çalışmaqdadırlar. Onların işbirliyinin nəticəsidir ki, Rusiyanın Ədliyyə Nazirliyi ÜAK-ın dövlət qeydiyyatının ləğvi üçün ölkənin Ali Məhkəməsinə müraciət ünvanlayıb.

Azərbaycan jurnalistlərinin vahid özünütənzimləmə qurumu olan Azərbaycan Mətbuat Şurası bildirir ki, əgər ÜAK-ın dövlət qeydiyyatı ləğv olunsa və qurum fəaliyyətini dayandırsa, bu, ilk növbədə tarixən formalaşmış və xoş ənənələrə malik Azərbaycan-Rusiya münasibətlərinə təsir göstərəcək. Biz iki qonşu dövlət arasındakı əlaqələrə hər hansı formada ziyan gəlməsinin yolverilməzliyi qənaətindəyik və inanırıq ki, hər iki ölkə ictimaiyyətinin mütərəqqi kəsimi düşüncəmizi bölüşür.

Bu gün azərbaycanlılar Rusiyanın ictimai-siyasi, mədəni və iqtisadi həyatında, ən müxtəlif sahələrdə aktiv fəaliyyət göstərirlər. Onlar seçkilərdə iştirak edib ölkənin müqəddəratını müəyyənləşdirir, vergi ödəyicisi kimi üzərilərinə düşən vəzifələri yerinə yetirirlər. Bütün bu fəaliyyətin ilhamvericisi qismində ÜAK çıxış edib və tutduğu yola hər zaman sadiqdir. Belə bir təşkilatın dövlət qeydiyyatının ləğvi şübhəsiz ki, azərbaycanlılarda xoşagəlməz ovqat formalaşdıracaq, ciddi narahatlıq doğuracaqdır.
ÜAK-ın fəaliyyətinin dayandırılması məsələsi habelə polietnik struktura malik Rusiyada yaşayan digər azsaylı xalqlar üçün də xoşagəlməz presedent kimi qəbul ediləcəkdir. Biz media təmsilçiləri olaraq bu durumun yaranmasını qətiyyən arzulamırıq.
Biz Azərbaycan jurnalistləri Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçiliyinin hər hansı şəkildə zədələnməsinə qarşıyıq. Düşünürük ki, ermənipərəst qüvvələrin əli ilə dövriyyəyə buraxılmış ÜAK-ın fəaliyyətinin dayandırılması kimi nalayiq kampaniyanın kökündə bu motiv də dayanmaqdadır. Buna görə də Rusiya ictimaiyyətinin aktiv kəsiminə - mühüm söz sahibi olan jurnalist həmkarlarımıza üz tuturuq.
Azərbaycan Mətbuat Şurası, ümumilikdə Azərbaycan jurnalistləri rusiyalı həmkarlarımızı, Rusiyanın media ictimaiyyətini müxtəlif siyasi oyunların məntiqi nəticəsi kimi gündəmə gətirilmiş ÜAK-ın ləğvi məsələsinə sərt reaksiya verməyə, əsl həqiqəti bəyan və müdafiə etməyə çağırırıq. Həqiqət isə bundan ibarətdir ki, ÜAK heç bir halda Rusiya qanunvericiliyinə zidd fəaliyyət göstərə bilməz. Qurum üzərinə düşən öhdəliklərə azsaylı xalqlara məxsus digər təşkilatlardan daha intizamlı şəkildə yerinə yetirib və yetirəcəkdir. Rusiya qanunlarına, Azərbaycan və Rusiya arasındakı tarixi dostluq və qonşuluq əlaqələrinin inkişafına sadaqət xəttinin hər hansı alternativi yoxdur.
İnanırıq ki, Rusiya jurnalistləri olaraq sizlər bu müraciətimizi həssaslıqla qarşılayacaq, ÜAK-ın dövlət qeydiyyatının ləğvinə və fəaliyyətinin dayandırılmasına yönələn kampaniyanın qarşısının alınmasında aktiv iştirak edəcəksiniz".a

Oxunma sayı : 220

Loading...
SON XƏBƏRLƏR
Növbəti doğuş terroru: Gənc ana komaya düşdü - 25 İyul 2017, 14:40
Sevgilisinin anası ilə dəfələrlə sevişdi, sonda öldürdü - Azərbaycanda dəhşətli hadisə - 25 İyul 2017, 14:25
13 yaşlı oğlan 13 yaşlı hamilə qızla evləndirildi - 25 İyul 2017, 14:22
İki gün əvvəl dənizdə batan oğlanın meyiti tapıldı - 25 İyul 2017, 14:18
Ali məktəblərə II və III qruplar üzrə qəbul planı məlum oldu - 25 İyul 2017, 14:06
Azərbaycanda bu çimərliyə kişilər buraxılmır - VİDEO - 25 İyul 2017, 13:42
Adam vurub öldürən olimpiya çempionumuza cinayət işi açıldı - 25 İyul 2017, 13:40
Azərbaycanda 19 məktəbli qız abort etdirib - 25 İyul 2017, 13:37
Azərbaycanda 25 yaşlı oğul 46 yaşlı anasını döydü - 25 İyul 2017, 13:24
Baş Prokurorluq: Qanunsuz ağac kəsən şəxslər həbs ediliblər - 25 İyul 2017, 13:12
Prezident məşhur cütlüyün nikah şahidliyini etdi - FOTO - 25 İyul 2017, 12:54
Günay İbrahimlinin yeni mahnısı da plaqiat çıxdı - VİDEO - 25 İyul 2017, 12:44
"Ərim öldü, qaynıma ərə getdim, burada nə var?!" - FOTOLAR - 25 İyul 2017, 12:31
Jurnalisti qladiator və “satqın” sayanların cığallığı - 25 İyul 2017, 12:27
Yaqub Zurufçu Ermənistana getməyə hazırlaşan Ququş haqqında bütün sirləri açdı - 25 İyul 2017, 12:25
Prezident Milli Qəhrəman Salatın Əsgərovanın oğluna da ev hədiyyə edib - 25 İyul 2017, 12:16
Dəhşətli yanğında sağ qalan azərbaycanlı uşağı qubernator nəzarətə götürdü - 25 İyul 2017, 11:49
Prezidentin nəvələri istirahətdə - FOTOLAR - 25 İyul 2017, 11:35
Aşıq Samirənin bahalı maşını - FOTO - 25 İyul 2017, 11:28
Azərbaycan bayrağı söküldü, Mübariz Mənsimov əsəbiləşdi: "Ciyərini sökərəm!" - 25 İyul 2017, 11:17
Bakıda avtobus qəzası - Xəsarət alan var - VİDEO - 25 İyul 2017, 11:09
Avqustun 1-dən sürücülər üçün 50 manatlıq cərimələr olacaq - 25 İyul 2017, 11:06
Binadan yıxılan 1 yaşlı uşaq öldü - Bakıda faciə - 25 İyul 2017, 11:01
DTX beynəlxalq kibercinayətkarları ifşa etdi - 25 İyul 2017, 10:57
Azərbaycanlı iş adamı oğluna 4 gün, 4 gecə toy etdi - FOTO - 25 İyul 2017, 10:41
Gəlini döyüb, saçını qırxdılar - Samuxda dəhşət - 25 İyul 2017, 10:20
Bakıda kafedə kütləvi dava: Yaralanan var - 25 İyul 2017, 10:12
DİN vətəndaşlara müraciət etdi - 24 İyul 2017, 18:16
Sumqayıtda gəlin 3 uşağını atıb qaçdı: Əri onu axtarır – FOTO - 24 İyul 2017, 17:50
Nazirlik vakant yerlərin siyahısını açıqladı: 7640 müəllimə ehtiyac var - 24 İyul 2017, 17:45
I və IV ixtisas qruplarının imtahan nəticələrini açıqlandı: Cəmi 2 nəfər 700 bal topladı - 24 İyul 2017, 17:43
DİN-dən azyaşlı uşağı zorlamaq istəyənlə bağlı AÇIQLAMA - 24 İyul 2017, 17:35
Türkiyənin qədim Aksaray vilayətində Qarabağ parkı və Xarıbülbül abidəsinin açılışı olub - 24 İyul 2017, 17:33
Yetim Eyvazın oğlu müğənni imiş - VİDEO - 24 İyul 2017, 17:28
Qədim Kapadokyada Qarabağ küçəsinin açılışı oldu - 24 İyul 2017, 17:24
Tovuzda ağır qəza: ana ölüb, 3 övladı xəsarət alıb - 24 İyul 2017, 17:11
Arvadını yatdığı yerdə öldürdü, uşaqlarının başını çəkiclə əzdi - Dəhşətli qətlin təfərrüatı - 24 İyul 2017, 16:51
Baş Prokurorluq arvadını çəkiclə öldürən kişi ilə bağlı məlumat yaydı - 24 İyul 2017, 16:35
"Mən 18.2 kv.m sahəsi olan 1 otaqlı mənzildə 3 uşaq böyütmüşəm" - Nahid Canbaxışlı yazır - 24 İyul 2017, 16:33
15 yaşlı gəncin meyiti Kürdən tapıldı - 24 İyul 2017, 16:12
Maşallah Əhmədovun cəzası 8 ildən 2 ilə endirilib - 24 İyul 2017, 16:09
Hacıbəy Heydərli: "Prezidentin jurnalistlərə "mənim köməkçilərim" deməsi mətbuata ən böyük diqqət və qayğıdır" - 24 İyul 2017, 16:02
Bakıda ana körpəsini əmizdirərkən öldü - 24 İyul 2017, 15:35
Azərbaycanda ən yaxşı özəl universitet hansıdır? - "Facebook"da açıq sorğu başladı - 24 İyul 2017, 15:30
Nişanlısının bakirəliyini pozdu, qeyri-təbii yolla cinsi əlaqədə oldu - Oğuzda şok hadisə - 24 İyul 2017, 15:29
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10