Mətbuat Şurası “Vaşinqton post”un məqaləsi ilə bağlı bəyanat verdi

06 Sentyabr 2017, 10:51
AAA
Azərbaycan Mətbuat Şurası "Vaşinqton post”da yer almış məqalə ilə bağlı bəyanat verib.

AZXEBER.COM-un məlumatına görə, Mətbuat Şurasının bəyanatında deyilir: "Müxtəlif vaxtlarda Azərbaycana, dövlətimizin başçısına qarşı qərəzli təşəbbüslərin həyata keçirildiyinin şahidi olmuşuq. Belə bir qərəz kampaniyası bu günlərdə də aparılmaqdadır. Söhbət "The Organized Crime and Corruption Reporting Project” (OCCRP) adlı qurumun Böyük Britaniyanın "Guardian” nəşrində, eləcə də, Avropanın digər kütləvi informasiya vasitələrində dərc olunmuş hesabatından sonra "Vaşinqton post” qəzetində də bir gündə iki anti-azərbaycançı məqalənin yer almasından gedir.

Ölkəmizə münasibətdə planlı şəkildə reallaşdırıldığı şübhə doğurmayan təşəbbüsün hansı mərkəzlərdən idarə olunduğu bəllidir. Azərbaycanın müstəqil daxili və xarici siyasətini gözü götürməyən qüvvələr, onların özünü bəsit iddialara inandırmış yerli əlaltıları, erməni lobbi və diaspor təşkilatları. "Vaşinqton post”da yer almış yazılar isə Avropa mediasında dərc edilmiş hesabatın timsalında çirkin kampaniyanın söz və ifadə azadlığından sui-istifadə tərəfidir. Bu sayaq cəhdlər Azərbaycan cəmiyyətində, o cümlədən media ictimaiyyətində təəssüf və hiddət doğurur.

Azərbaycan cəmiyyəti 2017-ci il iyulun 20-də dövlət başçısının jurnalistlər üçün inşa edilmiş 255 mənzillik binanın açılışında iştirakının, media təmsilçiləri ilə səmimi təmaslarının şahididir. Cənab prezident həmin gün jurnalistlər üçün yeni binanın təməlini qoydu. Dörd il öncə isə dövlət başçısı 156 mənzillik binanın açılışına qatılmışdı. Təəssüfləndirici haldır ki, "Vaşinqton post” Azərbaycan dövlətinin öz vətəndaşı olan jurnalistlərə yönələn bu sosial siyasətinə, humanist dəst-xəttinə fərqli don geydirməyə çalışır, məsələni təmənnalı münasibət müstəvisinə daşıyır.

Qətiyyətlə bildiririk ki, Azərbaycan dövləti, "Vaşinqton post”un iddia etdiyinin əksinə olaraq, heç vaxt jurnalistikanı hansısa təmənna ilə ələ almaq niyyətində olmayıb. Azərbaycan jurnalistləri də heç zaman düşünməyiblər ki, dövlətin onlarla bağlı siyasəti yaradıcılıqlarını məhdudlaşdıra, özünüsenzura meyli yarada bilər. Onlar bu gün də tam azad və sərbəst şəkildə fikirlərini ifadə edir, ən sərt tənqidi, düşündürücü materiallarla oxucularının görüşünə gəlirlər.

Bəli, Azərbaycan jurnalistləri yaşamaq üçün mənzilə, ümumən sosial-məişət və iş şəraitlərinin yaxşılaşdırılmasına ehtiyac duyublar. Bu ehtiyacın aradan qaldırılması dövlət siyasəti üçün də prioritet əhəmiyyət daşıyıb. Dövlətimiz nəzərə alıb ki, qayğısız jurnalistin əməyi demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğunun dərinləşdirilməsi baxımından vacibdir.

Onu da düşünmək lazımdır ki, jurnalistlərin mənzil problemi Azərbaycanın müstəqilliyinin ilk illərindən aktual əhəmiyyət daşıyıb. Ölkəmizin media orqanlarının əsasən ayrı-ayrı xarici fondların, səfirliklərin maliyyəsindən asılı olduğu zaman kəsiyində də bu problemin həlli həyati zərurət daşıyıb. Həmin vaxt özlərini media himayədarı olaraq göstərənlər düşünməyiblər ki, jurnalistin zəhmətinin qarşılığının ödənilməsi onu mənzil sahibinə çevrilmək kimi təməl hüququna qovuşdurmur. Bunu düşünən Azərbaycan dövləti, onun prezidentidir. Ancaq görünür, müəyyən dairələrə Azərbaycan jurnalistinin daim problemlər məngənəsində boğulduğunu, kirayələrdə yaşadığını görmək lazımdır. Məhz buna görə də onlar dövlətin sosial siyasətindən faydalanmağı təmənna olaraq qiymətləndirməkdə maraqlıdırlar. Sual yaranır: təmənna ali dəyərlər sayılan söz və ifadə azadlığı ilə imitasiya edib xarici təşkilatların anti-azərbaycançı təşəbbüslərində iştirakdır, yoxsa dövlət siyasətindən faydalanmaq?

"Vaşinqton post” jurnalistlərin mənzillə təminatı məsələsini qabardarkən "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi üzərində dayanır. Azərbaycan Mətbuat Şurası olaraq bununla bağlı mövqeyimizi bəyan etmişik. Əminik ki, M.Əliyevlə bağlı məsələ ədalətli şəkildə araşdırılacaq və qanuna müvafiq ölçü tədbiri götürüləcəkdir. Nəzərə alınmalıdır ki, dünyanın qabaqcıl ölkələrində olduğu kimi, Azərbaycanda da vergidən yayınma hallarına ciddi yanaşılır. Belə olan halda bəzi Qərb dairələrinin buna ölkəmizin timsalında əhəmiyyətsiz münasibət bəsləmələri də dərin təəssüf hissi doğurur. Onların Mehman Əliyevlə bağlı məsələnin tam şəkildə araşdırılmasını gözləmədən söz və ifadə azadlığı motivlərini qabartmaları da həmçinin. Şübhəsiz ki, bu, siyasi məqsədlərdən qaynaqlanmış açıq qərəz nümayişidir.

Azərbaycan dövləti medianın rolunu yüksək qiymətləndirib. Dövlət başçısı çıxışlarında jurnalistləri daim fəal olmağa, cəmiyyət həyatının ən müxtəlif tərəflərini işıqlandırmağa, nöqsanları diqqətə çatdırmağa, məmurları tənqid etməyə çağırıb. Ölkə prezidenti hər zaman jurnalistikanın cəmiyyətdəki missiyasına həssas yanaşıb. Bu həssaslıq media ilə bağlı dövlət siyasətinin uğur formuludur. Qərəzə, hiddətə, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu kölgələməyə hesablandığı aşkar görünən hər hansı kampaniya bu uğurlu yolun qarşısını almaq iqtidarında deyildir”.

Oxunma sayı : 159

SON XƏBƏRLƏR
DiKaprio Trampı tənqid etdi - 21 Sentyabr 2017, 22:40
Xameneyi "Donald Tramp aciz və başıboşdur" - 21 Sentyabr 2017, 22:00
Dövlət qulluğuna qəbul üzrə müsabiqə — 25 nəfər qəbul edildi - 21 Sentyabr 2017, 21:29
"Nazir Fuad Poladovun səhhəti ilə özü maraqlanır" - teatrdan açıqlama - 21 Sentyabr 2017, 21:00
ANS-lə bağlı MTRŞ-dan — Açıqlama - 21 Sentyabr 2017, 20:38
Vüsal Quliyev: “Dövlət QHT-lərə dəstək verməklə vətəndaş təşəbbüskarlığını daha da artırır” - 21 Sentyabr 2017, 20:18
AZTV sədrinə sui-qəsddə təqsirləndirilən şəxs həbs edilib - 21 Sentyabr 2017, 20:02
Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlanıb - 21 Sentyabr 2017, 19:23
Azxeber.com "İnstagram" istifadəçilərini də bir araya toplaya bildi: "100 min olduq" - 21 Sentyabr 2017, 18:50
12 yaşlı qızın atalığından dünyaya gətirdiyi uşaq öldü - 21 Sentyabr 2017, 17:54
Məhşur klubdan Fatih Terimə təklif - 21 Sentyabr 2017, 17:50
Milli Məclisin deputatı fəlsəfə doktoru oldu - FOTO - 21 Sentyabr 2017, 17:37
Mübariz Qurbanlıdan şeyxlə bağlı xəbərlərə - REAKSİYA - 21 Sentyabr 2017, 17:36
Azərbaycanda universitetdən hicablı tələbələrə QADAĞA: "Hicablılar dərsə buraxılmayacaq - 21 Sentyabr 2017, 17:18
İtaliya səfirliyində rüşvət qalmaqalı: tələbələrdən viza üçün pul alınıb? - 21 Sentyabr 2017, 17:06
Akif Əli Azərbaycanı tərk etdi - 21 Sentyabr 2017, 17:02
Zakir Həsənovdan komandirlərə ciddi tapşırıq - Düşmənə maksimum zərər vurun - 21 Sentyabr 2017, 16:58
Nazirlər Kabinetində yeni təyinatlar - 21 Sentyabr 2017, 16:55
Nəsimi rayonunda 21 sentyabr Beynəlxalq Sülh günü qeyd edildi - 21 Sentyabr 2017, 16:36
Türkiyədəki evlilik verilişinin tanınmış siması: “İştirakçılar arasında azərbaycanlı fahişələr də vardı” – MÜSAHİBƏ - 21 Sentyabr 2017, 16:15
Mərhum nazirin gəlini özünə dəbdəbəli ad günü keçirdi - FOTOLAR - 21 Sentyabr 2017, 15:59
Sabina Selcanın libası “əyninə” dar gəldi – VİDEO - FOTOSESSİYA - 21 Sentyabr 2017, 15:50
Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti - 21 Sentyabr 2017, 15:38
Bakıda Lənkəranski ilə bağlı mahnı iki gəncin həyatını məhv etdi - 21 Sentyabr 2017, 15:05
Prezident Elçin Quliyevlə bağlı sərəncam imzaladı - 21 Sentyabr 2017, 14:59
Moskvada miqrantların iştirakı ilə kütləvi dava olub - 250 nəfər saxlanılıb - 21 Sentyabr 2017, 14:39
Azərbaycanda zəlzələ oldu - 21 Sentyabr 2017, 14:29
Azərbaycan İŞİD-dən xilas edilən uşaqları gətirmək üçün işə başladı - 21 Sentyabr 2017, 14:17
Mətanət sinəsini açdı, tənqid olundu - fotolar - 21 Sentyabr 2017, 14:10
Sabahdan Məhərrəm ayı başlayır - 21 Sentyabr 2017, 14:09
AZƏRTAC EANA-nın konfransında və Baş Assambleyasında iştirak edir - 21 Sentyabr 2017, 14:08
Generala “şərəfsiz dedi, butulkalar göydə uçuşdu - MTN məhkəməsində dava - 21 Sentyabr 2017, 13:36
İqtisad universitetinin keçmiş rəhbərliyinə cinayət işi açılır - Dövlət əmlakını taladıqlarına görə - 21 Sentyabr 2017, 13:27
Arvadını və qızını döydü, qumbarayla hədələdi - Azərbaycanda şok - 21 Sentyabr 2017, 12:56
"O qədər baş kəsibsən ki..." - Generalın məhkəməsindən - 21 Sentyabr 2017, 12:54
Afaq Aslan Azərbaycanı təmsil edəcək: “23 gözəldən biri də mənəm” - FOTOLAR - 21 Sentyabr 2017, 12:36
Bəzi yerlərdə yağış yağacaq - 21 Sentyabr 2017, 12:30
Tanınmış jurnalist xəstəxanaya yerləşdirildi: ürəyinə stend qoyuldu - 21 Sentyabr 2017, 12:24
Nazir departament rəhbərini və müavinini işdən çıxartdı - 21 Sentyabr 2017, 12:15
Bakıda ilk dəfə “Influencer Day ” tədbiri keçiriləcək - 21 Sentyabr 2017, 12:02
Ziya Məmmədovun bacısı bu süjetə görə işdən çıxarılıb? - VİDEO - 21 Sentyabr 2017, 11:51
İşdən çıxarılan vəzifəli şəxs axtarışa verildi - 21 Sentyabr 2017, 11:42
Prezident Milli Məclisin dəyişikliyinə etiraz etdi - Qanun layihəsini geri qaytardı - 21 Sentyabr 2017, 11:22
Turan İbrahimov Şeyxin qudası haqqında: Danışdıqca batır - VİDEO - 21 Sentyabr 2017, 11:19
Çingiz Qənizadə Hacı Qalibi məhkəməyə verir: "Həbs edilsin" - 21 Sentyabr 2017, 10:53
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10