01:30 Cümə Axşamı, 22 Avqust 2019
Maqazin

Metroda hər kəsi şoka salan hadisə - FOTOLAR

14:25, 10.01.20129623
Metroda hər kəsi şoka salan hadisə - FOTOLAR

Türkiyənin İstanbul şəhərinin Levent metrostansiyasında qeyri-adi bir hadisə baş verib.

 AZXEBER.COM-un məlumatına görə, dünyanın ən sıx metro stansiyalarında "əyləncəli və xaotik" hərəkətlər edən qrup hər il təşkil etdiyi "Metroda Şalvarsız" flaş-mobunu bu il İstanbulda gerçəkləşdirib.

Levent metro stansiyasına daxil olan gənclər hər kəsi təəccübləndirib. Onlar təəccüblü baxışlara "Bu gün şalvarımızı evdə unutduq", "Şalvarımıza qəhvə töküldü" deyə cavab verib. Onlar heç kimə baxmadan kitab oxuyublar. 

Qeyd edək ki, qrup artıq 11 ildir ki, metrostansiyalarda bu tip aksiyalar keçirir. İndiyə qədər dünyanın 27 ölkəsində 59 metrostansiyada şalvarsız qadınlar aksiya keçirib.Ozal İbrahimli

XƏBƏR LENTİ