10:21 çərşənbə, 24 Iyul 2019
SOSİAL

Deputat yaşadığı binanın əxlaqsızlıq yuvasına çevrilməsindən şikayətləndi - "Olan-qalan abrımızı itiririk"

13:34, 03.05.20194861
Deputat yaşadığı binanın əxlaqsızlıq yuvasına çevrilməsindən şikayətləndi -
Millət vəkili Tahir Kərimli yaşadığı binanın əxlaqsızlıq yuvasına çevrilməsindən şikayətlənib.

Bu barədə o, parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı bildirib.

Tahir Kərimli deyib ki, bir müddət öncə qanunvericiliyə çoxmənzilli binaların müəyyən qisminin hostellərə çevrilməsi istiqamətində dəyişiklik edildi: "İndi biz bunun acı nəticəsini yaşamaqdayıq. Hamı sözünü deputata deyir, bəs deputat üzləşdiyi problemi kimə deməlidir? Bu gün mənim yaşadığım binada kimlərsə binanın yarısını hostelə çevirməklə, orada  insan alveri, əxlaqsızlıq yuvaları yaradırlar. Bununla  da olan-qalan abrımızı itiririk. Müraciət etmədiyimiz yer qalmayıb, amma nəticəsi yoxdur. Odur ki, binanın sakinləri oradan köçmək məcburiyyətindədir. Buna bir çarə qılınsın və qarşısı alınsın”.
 
///Ona.az
XƏBƏR LENTİ