Millət vəkilindən deputatın qızına cavab: "Bakını sevməyən, çıxıb getsin?"

04 İyul 2017, 15:34
AAA

Aqil Abbas,
millət vəkili


Elə bil xüsusi bir institut işləyir, bəlkə də bir yox bir neçə. Bəlkə də "elə bil”siz doğrudan işləyir! Bu institut süpürülmüş yerdən dava kağızı axtarır, çox qəribədiki tapır da. Və adamlar arasında süpürülmüş yerdən tapdığı dava kağızı ilə qırğın salır; ateistlərlə dindarlar. Elə soyuyan kimi türk-talış. Elə soyuyan kimi (davaları soyudan da əsasən ziyalılardı) sünni-şiə. Dalınca osmanlı-azərbaycanlı. Rus dilli-azərbaycan dilli… Bir sözlə, boş durmaq yoxdu, yola davam. Təzə mövzu tapmayanda yenidən köhnə palan içi tökürlər.

 

Son günlər də bakılı-rayonlu davası…

Bakı bütün azərbaycanlıların qibləsidi. Özü də təkcə şimali azərbaycanlıların yox, elə cənubi azərbaycanlıların da qibləsidi. Hamı üzünü bu qibləyə çevirir və bütün azərbaycanlılar da bu qiblədən yönəldilir. Kəbə bütün müsəlmanlar üçün nə qədər müqəddəsdirsə, Bakı da bütün azərbaycanlılar üçün müqəddəsdi.

Azərbaycanın bədbəxt şairi Məhəmməd Hadini yəqin ki bu gün elə təkcə ziyalılar tanıyır. Çoxları şeirlərindəki müəyyən misraları əzbər bilirlər, amma soruşsan kimindi, şairin adını tapa bilməzlər. Hamımızın bildiyi misra: "Yox millətimin imzası imzalar içində”.

Məhəmməd Hadi birinci dünya savaşı zamanı diviziyaların birində mollalıq edirmiş. Ölən azərbaycanlıları da basdıranda üzünü Kəbəyə çevirmirmiş, Bakıya çevirirmiş və deyibmiş ki, bunların qibləsi Bakıdı. Yəni Bakı həm də şəhidlərimizin qibləsidi. Və Bakını qiblə kimi qoruyub saxlamaq üçün təkcə Qarabağ savaşında 20 min şəhid vermişik. Və o şəhidlər çiyin-çiyinə vuruşanda kimin haralı olduğunu bir-birindən soruşmazdılar.

Aprel döyüşlərində şabranlı Əbdülməcid Axundov yaralı-yaralı, sürünə-sürünə gedib yaralı əsgər dostuna sarmaşıb öldüyü kimi, şəhidlərimiz öləndə də sarmaşıb ölürdülər.

İndi bu nə mənasız və axmaq bir söhbətdi ki, bakılı-rayonlu söhbətini atırlar ortalığa. Xüsusilə sosial şəbəkələrdə vur çatlasındı. Heç gözləmədiyim halda görkəmli bir bəstəkarımız da bir açıqlama verib ki, kim Bakını sevmirsə, çıxsın-getsin.

Əvvəla, hara getsin, qızım? İkincisi, Bakını necə sevməmək olar, Bakı axı ürəyimizdi. Bakı Azərbaycanın mədəniyyət mərkəzidi, Bakı hamımız üçün dünyaya açılan bir pəncərədi. Yuxarıda qeyd etdiyimiz kimi, qibləmizdi.

 1 iyul bakılılar günüydü. Çox gözəl, burda qeyri-adi heç nə yoxdu. Şəhər camaatı bu günü özüyçün bayram sayır. Yəni bunu qısqanmaq lazım deyil, qaşınmayan yerdən qan çıxarmaq lazım deyil. Mirzə Cəlilin sözləri ilə desək, artıq qanımız varsa, Qarabağ boyda Kərbəlamız var.

Baxıram, rayon camaatı da dava salır ki, bəs niyə rayonların günləri yoxdu.

Var, başınıza dönüm, var. Var, qurbanınız olum, var.

23 iyul Ağdam Günü, 1 aprel Kəlbəcər Günü, 9 may Şuşa Günü, 26 fevral Xocalı Günü, 20 noyabr Qarakənd Günü, 18 fevral Xankəndi Günü. Zəngilan Günü, Qubadlı Günü, Cəbrayıl Günü, Füzuli Günü, Laçın Günü, Ağdərə Günü… sayım, yoxsa bəsdi? Xocavənd Günü, Malıbəyli Günü, Ağdaban Günü, Kərkicahan Günü, Meşəli Günü, Qaradağlı Günü… Özü də ilin bütün fəsillərində və bütün aylarında. Di gedin, kef edin./adalet.az/


Oxunma sayı : 20888

SON XƏBƏRLƏR
Xaçmazda meşə zolağında yanğın söndürülüb - YENİLƏNİB - 20 Sentyabr 2017, 23:44
"Ac-yalavac birini neynirəm?" - Mətanətin toyu təxirə düşdü - 20 Sentyabr 2017, 23:16
Həbsxana həyatı yaşamış məşhur idmançılarımız - SİYAHI - FOTO - 20 Sentyabr 2017, 22:45
Neftçilərin dostu, Yeni "Əsrin müqaviləsi"... - Neftçilər günündə fərqləndirdiklərimiz - 20 Sentyabr 2017, 22:25
Avropa Liqasının final matçı Bakıda keçiriləcək - 20 Sentyabr 2017, 22:06
Könül Xasıyeva ona 70 min atan müğənnini bağışlayıb - 20 Sentyabr 2017, 21:36
18 yaşlı oğlan hamamda huşsuz vəziyyətdə tapılıb - 20 Sentyabr 2017, 20:55
Xaçmazda meşə yanğını başlayıb - 20 Sentyabr 2017, 20:28
Ukrayna Rusiyadan 5 milyard dollar tələb edir - 20 Sentyabr 2017, 19:56
2019-cu ildə Avropa Liqasının final matçı Bakıda keçiriləcək - 20 Sentyabr 2017, 19:23
İlham Əliyev BMT-də 2 yaşlı Zəhranın qətlindən danışdı - 20 Sentyabr 2017, 18:05
“Baku Bus”-ın 1 saylı avtobusundan şikayət- sərnişinlər evlərinə gedib çıxa bilmir - 20 Sentyabr 2017, 18:03
"Qarabağ" - "Roma" oyununa biletlərlə bağlı açıqlama - 20 Sentyabr 2017, 17:56
"Bu Prezidentimizin Azərbaycan gəncliyinə diqqətinin göstəricisidir" - 20 Sentyabr 2017, 17:52
Bu gün azərbaycanlı teleaparıcının toyudur - 20 Sentyabr 2017, 17:36
7 il ana ola bilməyən Əzizə üçəm dünyaya gətirdi – VİDEO - 20 Sentyabr 2017, 17:26
Xanımını lüt soyundurub işgəncə verən ər həbs edildi - 20 Sentyabr 2017, 17:26
Qəzaya düşən bu uşağın valideynləri axtarılır - 20 Sentyabr 2017, 17:23
Bakıda minə yaxın küçə iti sığınacağa verilib – RƏSMİ - 20 Sentyabr 2017, 17:18
"Eldar Mahmudov bizdən nə istəyirdi?!"- intihar edən polkovnikin qardaşı - 20 Sentyabr 2017, 16:59
“Nar Home”-dan “Aylıq yox, günlük ödə!” təklifi - 20 Sentyabr 2017, 16:52
Türkiyədə polis helikopteri qəzaya uğrayıb: Bir ölü, bir yaralı - 20 Sentyabr 2017, 16:48
DYP-dən uşaqlarını məktəbə aparan valideynlərə - Xəbərdarlıq - 20 Sentyabr 2017, 16:43
Azərbaycanda yeni gənclər hərəkatı yaradıldı: "Cavan" - 20 Sentyabr 2017, 16:30
Çovdarov məhkəmədə son sözünü deyəcək - 20 Sentyabr 2017, 16:25
İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların yaxınları axtarılır - 20 Sentyabr 2017, 16:12
"Neymara kömək etməliyik" - Kavani - 20 Sentyabr 2017, 16:02
Prezidentin Lənkəran səfəri – Taleh Qaraşovla Müşviq Rəhimov ifşa oldu – Detallar - 20 Sentyabr 2017, 16:00
Mikayıl Cabbarova yeni vəzifə verildi - 20 Sentyabr 2017, 15:48
Dünya çempionunu öldürən Anardan yeni xəbər - 20 Sentyabr 2017, 15:40
Əli Kərimli yenə tək qaldı: "Mitinqə yalnız dost, tanışı gələcək" - 20 Sentyabr 2017, 15:13
Göygöldə əhali içməli suya həsrət qalıb: İcra Hakimiyyəti suyu satır - 20 Sentyabr 2017, 15:12
Şagirdini hamilə qoyan müəllim azadlığa buraxıldı - 20 Sentyabr 2017, 15:05
Faiq Ağayev Ədalət Şükürovu biabır etdi: "O özü üçün danışır" - 20 Sentyabr 2017, 15:03
Azərbaycanlı idmançı Ukraynada dənizdə boğuldu - FOTO - 20 Sentyabr 2017, 14:46
"Azərbaycan şou-biznesində 10 nəfər kişi yoxdur" - Manaf əsəbiləşdi - 20 Sentyabr 2017, 14:38
Ziya Məmmədovun bacısı niyə “yoxlanılır” - İlginc təfərrüat - 20 Sentyabr 2017, 14:30
QMİ-nin saytı fəaliyyətini dayandırdı - 20 Sentyabr 2017, 14:16
Bakı metrosunda "wi-fi" olacaq? - 20 Sentyabr 2017, 14:00
Lütfi Zadənin oğlu atasının dəfnində iştirak etməyəcək - 20 Sentyabr 2017, 13:51
İcra başçısı bu gün qız köçürür - Süleyman Mikayılov kimlə qohum oldu? - 20 Sentyabr 2017, 13:38
Nazim İbrahimovla bağlı qalmaqal - “Mənə 159 min borcu var” - 20 Sentyabr 2017, 13:26
“Şeyxin oğlu 2 rükət namazı güclə qılır” - Hacı Qalib - 20 Sentyabr 2017, 13:09
Nazirlik araşdırmaya başladı: Ziya Məmmədovun bacısı işdən çıxarıldı? - 20 Sentyabr 2017, 13:02
Azərbaycanda ana doğuşdan sonra müəmmalı şəkildə öldü: "Ağzından köpük gəlirdi, çırpınırdı" - 20 Sentyabr 2017, 12:41
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10