22:12 Cümə Axşamı, 25 Aprel 2019
SİYASƏT

“Milli Şura”nın Məstəli Şahının arzusu: O indi özünü yoxsa, Bakını "partlatmaq" istəyir?

15:02, 17.01.20193498
“Milli Şura”nın  Məstəli Şahının arzusu: O indi özünü yoxsa, Bakını

"Qaldırın Parisi yerindən, vurun yerə, bu saatda necə ki, mən bu heykəli vurub zirü zəbər edirəm. (Bir qədəm geri çəkilir, dəyənək ilə cızığa üz qoyub içindəki taxtaparalardan yapılmış balaca evlərin və otaqların əşkalını çırpıb darbadağın dağıdır, sonra bir ləmhə dayanıb üzün Şəhrəbanu xanıma tutur). Xanım, gözünüz aydın olsun, Paris dağıldı! Razı oldunuzmu?”


(M.F.Axundovun Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur (1850) əsərindən)


İllər sonra aydın oldu ki, hə, elə hamı bu cinlər diyarının dağılmasından razıdır. Dərviş ağa ona görə şeytan yuvası olan Firəngistanı yerlə bir elədi ki, Şahbaz bəy kimi bığı yeni tərləyən gənc Firəngistan gəlinlərini, qızlarını görüb coşmasın. Çünki Şahbaz nəinki əndamını, heç üzünü belə ala-yarımçıq görmədiyi əmisiqızı, gələcək arvadı Şərəfnisəni unudub, adı lənətə gəlmiş ölkədə eyş-işrət məsliclərində itib-batacaqdı.

 

İndi dövr heç də Fransanın o zamankı dövründən geri qalmır. O zamanlar Dərviş Məstəli şah bir "him-cimlə” necə Parisi yerlə-yeksan etdisə, indi də "sarı jilet”lilər Frəngistanı yerlə-yeksan edib. Amma indiki Müsyo Jordanlar o dövrdəkindən fərqlənir.

 

Müsyo Jordan indi daha yaxşı anlayır ki, bu regionda bir şey etməyin yolu Məstəli Şah kimi dələduzlardan keçir. Bir az pul, bir az da barıt ver külli aləmi yerlə yeksan eləsin. Ancaq müsyonun unutduğu zamandır. Zaman o zaman deyil.

 

İndi qərblilərin bir "milli” dostu var, o da millilikdən uzaq "Milli Şura”. Vatıykən bir "him-cim”lə Parisi yerlə-yeksan edən Dərviş ağadan Bakını partdatmaq istənilir. Pul da çox, barıt da.


 

Çoxdandır ki, Bakının maketi hazırlanıb, yanına da bir kisə barıt qoyulub. Amma bu barıtı maketin üstünə tökəcək bir lider yoxdur. Yenə ümid Məstəli Şah kimi dələduzlara qalıb.

 

Yenə Məstəli Şah hay-haray salınıb ki, "Milli Şura” mitinq edir, toplaşaq.

 

İllərdir Azərbaycanda sərbəst toplaşmaq azadlığının pozulduğunu iddia edən mitinq təşkilatçıları aksiya öncəsi hakimiyyətin mitinqə razılıq verməsini geriyə doğru addım kimi qiymətləndirirlər. Bəs, görəsən əslində nə baş verir? Doğrudanmı Azərbaycan iqtidarı mitinqə razılıq verməklə ənənəvi müxalifət qüvvələrinin qarşısında geri çəkilir?

 

Hər kəsə bəllidir ki, Bakı şəhər İcra Hakimiyyəti paytaxtda mitinq keçirmək üçün müvafiq yerlər ayırıb. Təkcə son illərdə Milli Şuranın özü "Məhsul” stadionunda dəfələrlə müxtəlif tələblərlə mitinq keçirib. Bu mitinqlər zamanı aksiya iştirakçılarının hüquqları asayiş keşikçiləri tərəfindən ən yüksək səviyyədə qorunub. Baxmayaraq ki, hər dəfə təşkilatçılar üzərinə düşən öhdəliyi pozub dövlətçilik əleyhinə çağırışlar səsləndiriblər, onların yenidən aksiya keçirməsinə məhdudiyyət yaradılmayıb.

 


 

Belə olduğu təqdirdə idddia etmək ki, Azərbaycan iqtidarı Milli Şuranın mitinq müraciətinə müsbət cavab verməklə geriyə doğru addım atıb, bu yalnız siyasi idiotizmin nəticəsi ola bilər. Məsələyə siyasi baxımdan yanaşaq:


Milli Şuranın mitinqlər keçirməsi hakimiyyətin özü üçün maraqlıdır. O səbəbdən ki, Milli Şuranın hər mitinqi onun ifşasını şərtləndirir, ictimai rəydə bu qüvvələrin sosial elektoratının olmadığı cəmiyyətə nümayiş etdirir. Əslində Milli Şuranın rəhbərliyində təmsil olunanlar özləri maraqlıdır ki, Bakı şəhər İcra Hakimiyyəti onların mitinq müraciətinə mənfi cavab versin. Onlar da bunu əllərində bayraq edib, Azərbaycanda sərbəst toplaşmaq azadlığının pozulduğunu iddia etsinlər. Əks halda barmaqla sayılacaq tərəfdarlarını bir araya toplamaq, onların hərəsinə "mitinqə filan qədər adam gətirin” tapşırığı vermək, sosial şəbəkələrdə təxribatçı çağırışlar etmək, nəticədə cəmi 2-3 min adam toplayıb biabır olmaqdansa, onlara sərf edəni mitinqə icazə verilməməsi olardı. Belə olan halda iqtidar niyə onların mitinqinə imkan verməməkdə maraqlı olsun ki?!

 

Aksiyanın şüarı da diqqətçəkəndir: Mehman Hüseynov və digər "siyasi məhbuslar” azad edilsin! Başa düşmədik, Mehman Hüseynov bu gün həbs olunub ki? Bəs hansı səbəbdən onun hüquqlarını qorumaq indi Milli Şuranın yadına düşüb? Səbəb sadədir: Mehman Hüseynovun aclıq aksiyası keçirdiyi və bu səbəbdən məsələnin gündəmə gəlməsi Milli Şuranın "əlinə oynayır”.

 

Xaricdən "inqilab idxalı” artıq işə yaramır və hazırda onların heç bir çağırışına və imitasiyasına cəmiyyət inanmır. Bu səbəbdən vaxtilə öz təsir dairəsinə salıb, "siyasi məhbuslar”ın hesabına milyonlarla qrantlar qazanan qüvvələr bu dəfə də onlardan istifadə etməyə çalışır. Daha doğrusu "ikinci istifadə” müddətinə cəhd edilir. Lakin bu dəfə bu istəkləri fiaskoya uğradı.

 

Mehman Hüseynov və digər siyasi məhbusların onlara arxa çevirməsi, "bizim həbsimizdən siyasi şoular düzəltməyin” çağırışları onları yenidən "hakimiyyət geri çəkildi” kimi sarsaq iddialara baş vurmağa təhrik edir. Son günlər Əli Kərimli, Cəmil Həsənli və digərlərinin "hakimiyyət geri çəkildi” iddiaları da məhz bundan qaynaqlanır.

 



Nə demək olar. Gözləyək görək. Qoy bu dəfə də barıtı çox edib Bakını "partdatmaq” istəsinlər. Amma insanlar artıq Dərviş Məstəli Şahların dələduzluğunu və hansı mənsəbə qulluq etdiyini yaxşı bilir.


Siyasət Şöbəsi

XƏBƏR LENTİ