02:26 çərşənbə Axşamı, 11 Dekabr 2018
SİYASƏT

Milli Şuranın mitinqi Avropadan dəstək istəyən Gültəkin Hacıbəylini pərt etdi

13:00, 12.03.20181489
Milli Şuranın mitinqi Avropadan dəstək istəyən Gültəkin Hacıbəylini pərt etdi
Milli Şuranın Beynəlxalq əlaqələr komissiyasının sədri, sabiq millət vəkili Gültəkin Hacıbəyli növbəti dəfə özü özünü təkzib edib.
 
AZXEBER.COM xəbər verir ki, o Milli Şuranın 10 mart mitinqi öncəsi sosial şəbəkə hesabında odlu-alovlu çağırış edib.
 
Hacıbəyli insanları mitinqə səsləyib və yazıb: "Hava gözəl, xoş. ATƏT-in Seçkiləri Müşahidə Missiyası, digər beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri mitinqimizi əvvəldən-sonadək müşahidə edəcəklər. Odur ki, təhlükəsizlik problemi yoxdur. Zatən, bütün razılaşdırılmış aksiyalarımızda belə olub. Bu gün milət olaraq əzmimizi, iradəmizi bütün dünyaya nümayiş etdirmək üçün gözəl bir fürsət yaranıb. Amma bu gün saat 15.00-da da Məhsul stadionunda Milli Şuranın öncəki mitinqlərində olduğu kimi 10-15 min insan olacaqsa, daha "beynəlxalq təşkilatlar riyakarlıq edir, hakimiyyəti dəstəkləyir" deməyə heç birimizin mənəvi haqqımız olmayacaq".
 
O daha sonra yazıb: "Sabah Meydana otuzca min insan yığışsa, bu ölkənin havası da yüngülləşəcək".
 
Gültəkin Hacıbəyli bu statusundan bir neçə saat sonra xəyal qırıqlığına uğrayıb. 10-15 min insana az deyən xanım siyasətçi mitinqdə çıxışı zamanı meydanın boş olmasından dərin heyfslənib və çıxışını sakit tonda edib.
  
O çıxışı zamanı deyib: "Bu gün meydanda 10 minə yaxın insan görürəm. Bura toplaşanlar ən ləyaqətli, ən qorxmaz insanlardır"
 
Gültəkin Hacıbəyli bununla həmçinin mitinqə gəlməyən şəxsləri də aşağılayıb və eyni zamanda beynəlxalq təşkilatlara Milli Şuraya dəstək verməməyə görə haqq qazandırmış olub. 
 
Onu da qeyd edək ki, mitinqə az insanın gəlməsinin səbəblərindən biri də xanım siyasətçinin bir neçə gün öncə mediada açıqlanan mülklərinin siyahısı olub. Sosial şəbəkələrdə yüzlərlə insan buna görə xanım siyasətçini tənqid edib və onu qarşı fikrə dözümsüz adlandırıb.
XƏBƏR LENTİ