08:23 Cümə, 15 Dekabr 2017
TOP4

Millimizin futbolçusu azarkeşi təhqir edib, söhbətə çağırdı: "Ağıllı ol"

15:18, 14.11.20171933
Millimizin futbolçusu azarkeşi təhqir edib, söhbətə çağırdı:

21 yaşlılardan ibarət yığmamızın və "Neftçi"nin futbolçusu Elnur Cəfərov yenidən gündəmə gəlib.

AZXEBER.COM apasport.az-a istinadən xəbər verir ki, bəstəboy hücumçu bu dəfə də oyunu ilə yox, özünü apara bilməməyi ilə seçilib.

Noyabrın 8-də evdə Almaniyadan alınan 0:7 hesablı yenilgidə 90 dəqiqə meydanda olan Elnur 5 gün ərzinə ikinci dəfə sosial şəbəkədə diqqəti cəlb edib. Fiaskodan bir gün sonra bahalı maşında gülə-gülə şəklini paylaşan millimizin 20 yaşlı "qoçu"su indi də onun çıxışından narazı olan azarkeşi təhqir edərək, söhbətə çağırıb.

Ümumiyyətlə, "İnstagram" hesabında tez-tez türmə həyatı, tin söhbətləri kimi paylaşımlar edən Cəfərovdan bundan artığını gözləmirdik də... Mövsümün əvvəlində oyunsonrası brifinqlərin birində peşəkarlıqdan dəm vuran Cəfərov yaxşısı budu fikrini başqa şeylərə yönəltsin. 
 

0
XƏBƏR LENTİ