15:26 Bazar Ertəsi, 24 Sentyabr 2018
SOSİAL

Mingəçevirdə kütləvi dava: 22 yaşlı gənc ağır yaralandı

13:36, 19.10.20171547
Mingəçevirdə kütləvi dava: 22 yaşlı gənc ağır yaralandı

Mingəçevir şəhərində kütləvi dava olub. 

Hadisə şəhərin Tərəvəzçilik yaşayış massivində qeydə alınıb.
Belə ki, həmin massivin sakini, 1995-ci il təvəllüdlü Elman Əkbər oğlu Quliyev mübahisə zəminində eyni vaxtda üç nəfər tərəfindən döyülüb. Nəticədə onun su arxına yıxıldığı və müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralının xəstəxanaya çatdırıldığı bildirilib. 

Eyni zamanda hadisə yerinə gələn zərərçəkənin anasının da təhqir olunaraq kobudluğa məruz qaldığı vurğulanır. 
E.Quliyevin məcburi köçkün olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.

///report
XƏBƏR LENTİ