12:07 Cümə, 19 Oktyabr 2018
SOSİAL

Mingəçevirdə marşrut avtobusu traktorla toqquşub, yaralananlar var

23:02, 16.05.20185673
Mingəçevirdə marşrut avtobusu traktorla toqquşub, yaralananlar var
Mingəçevir şəhərində yol qəzası baş verib. 

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə M.Maqomayev prospektlərinin kəsişməsində qeydə alınıb. 

Belə ki, traktor şəhərin əsas prospekti ilə hərəkətdə olan 8 sayli marşrut avtobusuna çırpılıb. Nəticədə iki sərnişin - 1974-cü il təvəllüdlü Məlahət Məhəbbət qızı Tağıyevaya və başqa bir gənc qız yüngül xəsarət alıb. Onlara yerindəcə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ