11:43 şənbə, 22 Sentyabr 2018
SOSİAL

Mingəçevirdə yaşayış binasında yanğın: ölən və zəhərlənənlər var

14:26, 12.09.20181846
Mingəçevirdə yaşayış binasında yanğın: ölən və zəhərlənənlər var
Mingəçevir şəhərində yaşayış binasında yanğın baş verib. 

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə şəhərin Nərimanov küçəsi, 49 ünvanında qeydə alınıb. 

Belə ki, dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsindəki mənzillərdən birində yanğın çıxıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. 

Hadisə nəticəsində mənzil sahibi, təxminən, 55 yaşlarında olan Sergey Aleksandroviç Borisov yanaraq ölüb. 

Bundan başqa, 4 nəfər bina sakini tüstüdən zəhərlənib və lazımi tibbi yardım göstərilib. 

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ