00:27 çərşənbə Axşamı, 20 Avqust 2019
TOP4

"Minimum pensiyalar və əməkhaqqı 40 faiz, təqaüdlər orta hesabla 100 faiz artırılıb" - Nazir

11:50, 14.05.20192061
Bu ilin ötən dövründə Azəbaycanda minimum pensiyalar və minimum əməkhaqqı 40 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Bakıda keçirilən Beynəlxalq Sosial Təminat Assosasiyasının Avropa Regional Sosial Təminat Forumunda çıxışı zaman deyib.

Nazir qeyd edib ki, təkcə cari ilin ötən dövründə reallaşdırılan uğurlu sosial paket 3 milyon insanın rifahına ciddi dəstək olub.

S.Babayev vurğulayıb ki, 10 min nəfərə elektron qaydada pensiya təyin olunub.

O qeyd edib ki, pensiya sisteminin yeni inkişaf konsepsiyası hazırlanıb, şəhid ailələri və müharibə əlillərinin mənzillə, müharibə əlillərinin minik avtomobili ilə təminatı proqramının idən-ilə dəfələrlə genişlənib.
XƏBƏR LENTİ