xari

Miri Yusif "Al Təyyarə" albomunu təqdim etdi - VİDEO

MAQAZİN
17:39 31.12.2020
463
Dekabrın 31-i Miri Yusif  "Hayatım” adlı mahnısına çəkilmiş klipi təqdim etdi. Bu mahnı onun Türkiyə üçün hazırladığı  "Al Təyyarə” albomunda yer alacaq. 

AZXEBER.COM xəbər verir ki, türk dilində olan "Hayatım” mahnısının musiqisi və sözləri Jay Huna aiddir. 

Mahnı Arif Zeynalov tərəfindən aranjiman olunub. Klipin rejissoru Zəki Bağırovdur. 

 "Al Təyyarə”  albomu 12 mahnıdan ibarətdir. Albomda həm Miri Yusifin hit mahnılarının türkcə versiyası, həm də türkiyəli dinləyicilər üçün yazılan orijinal mahnılar təqdim olunacaq. 

Miri Yusif bu albomun üzərində DMC şirkəti ilə birlikdə çalışır. Şirkət albomun təbliğatı ilə məşğul olacaq.
 


OXŞAR XƏBƏRLƏR