04:53 çərşənbə, 19 Sentyabr 2018
KRİMİNAL

Mirşahin Ağayevin qardaşının işi yenidən məhkəmədə

10:41, 05.03.2018648
Mirşahin Ağayevin qardaşının işi yenidən məhkəmədə
Fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin dələduzluqda təqsirləndirilən qardaşı Mirəddin Ağayevin barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, M. Ağayevin vəkilləri apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə təqdim ediblər.

Vəkillər M. Ağayev barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini istəyiblər.

Apellyasiya şikayəti hakim Elşad Şamayevin icraatına verilib. İlkin baxış iclası isə martın 7-nə təyin edilib.

Qeyd edək ki, Mirəddin Ağayev dələduzluqda ittiham edilir. Bakı şəhər sakini Qəzənfər Davud oğlu Qəzənfərovun Səbail Rayon Polis İdarəsinə şikayəti əsasında o, istintaqa cəlb olunub. Vətəndaş Mirəddin Ağayevin dələduzluq yolu ilə onun 2000 manatını mənimsədiyini bildirib. İttihama görə, M.Ağayev 4 vətəndaşa qarşı, ümumilikdə, 86 min manat məbləğində dələduzluq edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, ixtisasca həkim olan Mirəddin Ağayev Mirşahin Ağayevin böyük qardaşıdır.
XƏBƏR LENTİ