06:08 Cümə, 23 Fevral 2018
TOP4

Mirşahin onu tənqid edənləri hədələdi: "Heç birinizə rəhm etməyəcəm"

12:36, 18.05.20178826
Mirşahin onu tənqid edənləri hədələdi:
Tanınmış jurnalist, lisenziyası ləğv edilmiş ANS-in vitse-prezidenti MirŞahin Ağayev son zamanlar sosial şəbəkələrdə fəallığı ilə seçilir.
 
AZXEBER.COM-un məlumatına görə, telekanal bağlanandan sonra jurnalist sosial şəbəkədə tez-tez statuslar paylaşır və gündəmdə olan hadisələrə münasibət bildirir.
Telejurnalist sosial şəbəkədə onu və ANS TV-ni tənqid edən bir istifadəçiyə kəskin cavab verib. O bildirib ki, zaman gələcək yenidən hər kəs onunla foto çəkdirmək üçün növbəyə düzüləcək: 
"Tələsməyin, bir az uzaqgörən olun, bütün sursatınızı sərf etməyin. Sabah qarşınızda olacam. Qabağımda əliyalın olacaqsınız! Söz verirəm: Heç birinizə rəhm etməyəcəm! Hesabla bu qədər sadəlövh olmamalıdır axı adam! Yəni sizə doğurdan da elə gəlir ki, məni dəfn etmisiniz?! Yanılırsınız "marallar!" ANS-i hakimiyyət yox, kütləvi laqeyidlik bağlayıb! Mənim davam hakimiyyətlə deyil, bu laqeyidliklədir. Uzun müddət yazığım gəldiyindən loyal yanaşdığım siz "anonim şəxsciklərə" olacaq! Heç kimi unutmamışam! Ona görə də ehtiyatlı olun! Mirşahinin zühuruna hazır olun! Az qalıb! Yenə də şəkil çəkdirən siz olacaqsınız, əsas fon mən! Söz verirəm! Mikayıl Müşfiqi də, Hüseyn Cavidi də siz məhv etmisiniz, Mir Cəfər Bağırov yox!"
 

0
XƏBƏR LENTİ