14:20 çərşənbə Axşamı, 19 Noyabr 2019
SİYASƏT

“Mitinq üçün elə yer seçmişdilər ki, məntiqə sığmırdı”

13:18, 21.10.20193864
“Mitinq üçün elə yer seçmişdilər ki, məntiqə sığmırdı”
Bu gün Yeni Azərbaycan Partiyasında müxalifətin 19 oktyabr mitinqi ilə bağlı toplantı keçirir. 

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən YAP-ın sədr müavini- icra katibi Əli Əhmədov bildirib ki, bəzi müxalifət qüvvələrinin qanunsuz mitinqə cəhd etmələri ilə bağlı fikir mübadiləsi etməyə ehtiyac var: "Azərbaycan vətəndaşlarının əksəriyyəti kimi hakim partiya da ölkədə sabitliyin və əmin-amanlığın pozulmasına yönəldilən qanunsuz yerlərdə aksiyaların keçirilməsinə sərt və ədalətli münasibətini bildirməlidir. 

Azərbaycanda hər hansı müxalifət partiyaları tərəfindən aksiyaların keçirilməsi nə YAP üçün, nə də ölkə iqtidarı üçün narahatlıq və nigaranlıq mənbəyi deyil və ola bilməz. Amma narahatlıq yaradan bəzi məqamlar var ki, cəmiyyətə bu barədə fikirlərini çatdırılmasına ehtiyac var. 

Qanunsuz aksiyanın ölkə başçısının oktyabr ayının əvvəlində bir neçə səfərlərində və 9 aylıq iqtisadi inkişafla bağlı keçirilən müşavirədə səsləndirdiyi fikirlərdən bir neçə gün sonra təşkil edilməsi heç də təsadüfi deyil. 

Görünür ki, Azərbaycana xaricdən müxtəlif üsullarla təsir göstərmək istəyən maraqlı dairələr çirkin niyyətlərini həyata keçirmək üçün bu işə əl atıblar. 

Kütləvi aksiyaların keçirilməsi üçün yerlərin ayrılmasına baxmayaraq müxalifət partiyaları mitinqləri icazəsiz şəkildə, razılıq verilməyən yerdə keçirmək niyyətinə düşüb və buna cəhd ediblər. Onlara verilən tapşırığa uyğun olaraq qarşıdurma yaratmaqla ölkədəki sabitliyi pozmağa cəhdlər göstərirlər. Bununla da dövlət və hökumət nümayəndələri arasında qarşıdurma niyyətində olublar. 

Aydın şəkildə hiss olunur ki, qanunsuz aksiyanı təşkil edənlər kimlərsə tərəfindən idarə olunur. Onlardan bu işi tələb edənlər hesabat da alırlar. Mətbuatda da bu barədə məlumat yayılıb. Məqsədli şəkildə onların tapşırıqlarını yerinə yetirənlər bu işə əl atırlar. 

Dünyanın hər yerində insanların mitinqin keçirilməsi üçün ayrıca yerlər ayrılır. Bu da ictimai təhlükəsizliyinin təmin edilməsi üçün əsasdır. 

Ancaq bunları nəzərə almadan elə bir yer seçmişdilər ki, sağlam məntiqə sığmırdı. Əhalinin və hərəkətin sıx olduğu yeri seçməklə ictimai dəstəyin geniş olduğunu göstərməyə çalışırlar. Baxmayaraq bu siyasi etika baxımından düzgün sayıla biləcək hərəkət deyildi. Bizi narahat edən onların siyasi etikası deyil, belə yeri seçməklə çirkin niyyətlərini həyata keçirmək üçün münbit yer seçməyə çalışmalarıdır. Çünki əhalinin gur olduğu yerdə asayişin pozulması ehtimalı yüksəkdir. 

Mitinqin keçirilməsi cəhdi bir daha onu göstərir ki, ölkədə daxili sabitliyi pozmağa yönəlik müxalif partiyalar mövcuddur. Bu AXCP və Milli Şura deyilən və amalı olmayan təşkilatdır. 

Hakim partiya olaraq hər hansı partiyanın hakimiyyətə gəlmək iddiasına qarşı deyilik. Amma nəyin bahasına olursa hakimiyyətə gəlmək ölkəni xaos və anarxiyaya sürükləyir. Bu dünyanın heç yerində məqbul sayılmır. Bunun nəticəsi də ürəkaçan olmaz.

Azərbaycan vətəndaşlarının əksəriyyəti kimi YAP da qanunsuz aksiyaların keçirilməsinə qarşı sərt ədalətli münasibətini bildirməlidir. Öz özlüyündə aksiyaların keçirilməsi partiya üçün narahatlıq deyil. Ancaq bəzi narahatedici məqamlar var. İlham Əliyevin "Valday" forumunda, Aşqabaqdakı çıxışından və Prezidentin iqtisadi müşavirədə səsləndirilən bəyanatlardan sonra oldu. Yəqin bu hadisələrin ortaya qoyduğu reallıq odur ki, Azərbaycanda bütün azadlıqlar təmin olunduğu kimi sərbəst toplaşmaq azadlığı təmin olunmasına baxmayaraq radikal müxalifət icazəsiz yerdə toplaşmaq istəyiblər. Əgər hər hansı siyasi partiya bəyanatlarını səsləndirmək istəyirsə mitinq üçün yer ayrılmasına rəğmən icazə verilməyən yerdə keçiriblər. Bununla da qarşıdurma yaratmaq istəyiblər. Aydın hiss olunur ki onlar kimsə tərəfindən idarə olunur. Bu, artıq mətbuata da yayılıb. Bu da onu təsdiq edir ki, hardasa Azərbaycandan kənar destruktiv şəxslər ölkədə sabitliyi pozmaq istəyirlər. Dünyanın hər yerində ictimai təhlükəsizliyi və mitinq iştirakçılarının özlərinin də təhlükəsizliyini təmin etmək üçün yerlər ayrılır. Ancaq onlar əhalinin gur olduğu bir yerdə mitinq etmək istəyiblər. Belə bir yeri seçməklə nəzərdə tutulan çirkin niyyətini həyata keçirmək istəyiblər. Bunlar mitinqi təşkil edənlərin niyyətlərinin sağlam olmadığını göstərir. Bunlar AXCP və onun ətrafındakı destruktiv qüvvələr özünü Milli Şura adlandırılan qüvvələrdir. Nəyin bahasına olur olsun hakimiyyətə gəlmək ölkədə xaos yaradır. Qanunsuz aksiyalarla bağlı Azərbaycan polisi öz mövqeyini sərt şəkildə bildirməlidir. Qanun çərçivəsində hüquqi qiymətlərini verməyə çalışsınlar”.

***

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli qeyd edib ki, mitinqdə iştirakçılardan daha çox mətbu orqanlar iştirak edirdi: "Hardasa 1000- ə yaxın mətbu orqan var idi. Onların hər birinin işini həyata keçirilməsinə imkan yaradıldı. Əvvəl təşkilatçılar dedilər ki, Lökbatan uzaqdır, guya bu hakimiyyətin onları başdan eləməyin forması idi. Sonradan dedilər ki, rayonlardan gələnləri şəhərə buraxmırlar. Daim çalışırlar ki, mitinqləri sosial duruma bağlasınlar. Araşdıranda görürsən ki, məişət narazılığı olanlar da həmin mitinqdə iştirak edirdilər.

Xaricdə olan qüvvələr də dedilər ki, xalq cəbhəsi mitinqi təşkil edə bilmədi. Hüquq- mühafizə orqanlarına təşəkkür edirəm ki, dözümlü oldular. Bütövlükdə xalq prezident tandemi göründü. Bunlar hamısı oyun idi və iflasa uğradı".
XƏBƏR LENTİ